Azərbaycan şahmatçıları iddiaçıların matçlarında bu dəfə də heç-heçə oynamışlar
Bakı, 5 may (AZƏRTAC). Kazanda şahmat tacına iddiaçıların turniri keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsində ilk partiyalarda heç-heçə oynamışlar.
Rəcəbovun rəqibi rusiyalı Vladimir Kramnik, Məmmədyarovun rəqibi isə İsrail nümayəndəsi Boris Gelfand idi. Turnirin ikinci oyun günündə Aleksandr Qrişşuk (Rusiya)-Levon Aronyan (Ermənistan) partiyası da heç-heçə başa çatmışdır. Qara fiqurlarla oynayan amerikalı Qata Kamski bolqarıstanlı Veselin Topalova qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]