Azərbaycan-Serbiya matçının birinci hissəsi yekunlaşıb
Bakı, 30 mart, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Serbiya oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan matçın birinci hissəsi Serbiya millisinin minimal üstünlüyü ilə yekunlaşıb. Belə ki, görüşün 16-cı dəqiqəsində Aleksandar Mitroviç hesabı açıb - 1:0.
Hazırda görüşün ikinci hissəsi oynanılır.
Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Serbiya millisi ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq komandaları ilə mübarizə aparacaq.