“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, jurnalda ilk olaraq Şərqşünaslıq İnstitutunun əməkdaşlarına fəxri adlar, orden və medallar verilməsinə dair Prezident İlham Əliyevin müvafiq sərəncamları dərc olunub. Sonra akademik Gövhər Baxşəliyevanın bu yaxınlarda 60 illik yubileyini qeyd etmiş Şərqşünaslıq İnstitutunun keçdiyi şərəfli yoldan bəhs edən “60 ilin elm ocağı” məqaləsi təqdim edilib.
Jurnalda “Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi”, “Azərbaycan mühacirlərinin matəm günü”, “Şərq dillərinin son 10 ildə öyrənilməsinə dair”, “Azərbaycan və türkmən dillərində feli sifətlərə dilçilərin nəzəri baxışları və feli sifətlərin sintaksisdəki yeri”, “Erkən İslam tarixindən bəzi məqamlar”, “Çinin qloballaşma dövründə Asiya-Sakit Okean regionunda rolu” və digər məqalələrlə tanış olmaq olar.
Yeni nömrədə, həmçinin Tacikistan Respublikası barədə məqalə, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl-fəcr” qəzetində dərc edilmiş müsahibəsi, Şərqşünaslıq İnstitutunda son aylarda çap olunan kitablar və keçirilən tədbirlər barədə məlumat verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]