Azərbaycan təmsilçiləri səhnə geyimlərinin yekun versiyasında çıxış etmişlər
Bakı, 8 may (AZƏRTAC). “Eurovision-2011” mahnı müsabiqəsinin Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfdakı “Esprit Arena”nın səhnəsində ikinci məşqlərini etmişlər. Dörd vokalçı-rəqqasədən ibarət bək-vokal qrupunun müşayiəti ilə ifa olunan “Running scared” mahnısı məşqi izləyən mətbuat nümayəndələrinin gözü qarşısında maraqlı səhnə həlli və xoreoqrafik hərəkətlərlə canlandırılmışdır.
Mahnının səhnə quruluşunun müəllifi Tarmo Krimm bu məşqdə də iştirak etmiş, çəkiliş qrupu və işıqlandırma istiqamətində göstərişlərini vermişdir.
Bu məşq zamanı duetin müsabiqə günü geyinəcəyi libaslar da təqdim olunmuşdur. Isveçli dizayner Lars Vallinin hazırladığı kostyumlar bu ilin dəb trendlərinə tam uyğundur. Açıq tonlarda və çəhrayı rənglərdə hazırlanan libaslar şifon və ipək parçalardan tikilmişdir. Yüngül, çəkisiz və son dərəcə xəfif görünən paltarlar mahnının romantik ruhunu tamamlayır və nömrənin xanım istirakçılarını xüsusilə cazibədar edir. Eldarın kostyumu da açıq rəngli və sərbəst üslubdadır.
Xatırladaq ki, Lars Vallin Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən Aysel Teymurzadə və Araşın da səhnə geyimlərinin dizayneri olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]