Azərbaycan triatlonçusu Avropa kubokunun qalibi olub
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Bu uğuru ölkəmizə qazandıran Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında birinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, R.Pevtsov yarışın 1,5 kilometrlik su mərhələsini 18 dəqiqə 40 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 9 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 30 dəqiqə 45 saniyəlik nəticə göstərib.
Beləliklə, Azərbaycan idmançısı birinci yeri tutaraq Avropa kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]