Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və BRICS: reallıqlar və perspektivlər ŞƏRH

Azərbaycan və BRICS: reallıqlar və perspektivlər  ŞƏRH

Bakı, 25 oktyabr, AZƏRTAC

Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/ “BRICS+” formatının ilk plenar iclası dünyaya bir sıra mühüm mesajların verilməsi ilə yadda qaldı. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etməsi ölkəmizin nüfuzlu qlobal platformaya doğru praktik addımlar atdığının təsdiqi deməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

O qeyd edib ki, iclasda çıxış edən dövlətimizin başçısının çağdaş dövrümüz üçün ən aktual sayıla biləcək 3 mühüm istiqamətə toxunması Bakının BRICS formatı ilə gələcək əməkdaşlığının “yol xəritəsi”ni müəyyən edir. Birinci istiqamət Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunun qlobal səviyyədə təqdimatı ilə bağlıdır. Prezident İlham Əliyev 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın hərəkatın institusional inkişafında mühüm rol oynadığını xüsusi vurğuladı. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı məhz ölkəmizin sədrliyi dövründə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirə bildi. Azərbaycanın bu günə qədər BMT Təhlükəsizlik Şurasına, Türk Dövlətləri Təşkilatına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə və digər nüfuzlu birliklərə effektiv sədrliyi həmin qurumların beynəlxalq siyasətdə daha aktiv mövqe sərgiləməyə başlaması ilə tarixə düşdü.

Onun sözlərinə görə, dövlətimizin başçısının toxunduğu ikinci mühüm istiqamət Azərbaycanın regional və qlobal iqtisadi proseslərdəki rolu ilə bağlıdır:” Hər şeydən əvvəl, onu qeyd edək ki, bu gün Azərbaycanın həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatında strateji çəkiyə sahib Rusiya və Çinlə əlaqələri yeni keyfiyyət mərhələsindədir. Hər iki ölkənin Cənubi Qafqazdan keçəcək nəqliyyat marşrutlarına maraqlarını nəzərə alsaq, Azərbaycanla BRICS çərçivəsində əməkdaşlıq qarşılıqlı siyasi-iqtisadi dividendlərin səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Böyük əmək və ticarət bazarı, habelə, təbii resursların cəmləşdiyi ərazini əhatə edən BRICS nəqliyyat, kommunikasiya və ticarət sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün geniş perspektivlər açır. Qurumun təsis etdiyi Yeni İnkişaf Bankının malik olduğu 100 milyard dollar ehtiyat fondu isə ölkəmizə sərmayələr yatırılmasına imkan yaradır ki, bu da hazırda işğaldan azad edilən ərazilərin bərpası və inkişafına mühüm töhfələr verə bilər”.

Əlibala Məhərrəmzadə deyib ki, Azərbaycan BRICS-in 3 ölkəsi - Rusiya, Çin və Hindistanla fəal ticarət əlaqələrinə də sahibdir:

-2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min dollar təşkil edib,

-bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21,7 faizini təşkil edir,

-2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572 milyon dollara bərabər olub,

-bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar artım deməkdir.

-Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya 1-ci yerdə qərarlaşır.

O qeyd edib ki, rəsmi Bakının iqtisadi və siyasi təmasları dərinləşdirməkdə maraqlı olduğu digər BRICS ölkəsi Çin Xalq Respublikasıdır. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı kimi çıxış edir. Statistikaya görə, 2024-cü ilin əvvəlində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb. Azərbaycan Çinə həm də qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Milli məhsullarımızın bu ölkəyə ixracını təşviq etmək məqsədilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində yaradılan Azərbaycan Ticarət Evləri və “Azərbaycan Şərab Evi” ixrac prosesinin səmərəli həyata keçirilməsi və Azərbaycan brendinin Asiya ölkələrinə təqdimatında mühüm rol oynayacaq.

“Şübhəsiz, Azərbaycan-BRICS əməkdaşlığı Prezident İlham Əliyevin Kazanda vurğuladığı kimi, regional və qlobal nəqliyyat marşrutları kontekstində də ciddi perspektivlər vəd edir. Ölkəmiz coğrafi mövqeyi və sahib olduğu modern infrastrukturla, sözün əsl mənasında, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir və hər iki nəqliyyat marşrutunun Azərbaycan ərazisində olan seqmentləri uğurla fəaliyyət göstərir. Hazırda Rusiyanı Azərbaycan vasitəsilə İranla birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizi yüklərin Körfəzə və əks istiqamətdə səmərəli daşınmasına imkan verir. Dəhliz region ölkələrinə, o cümlədən, Azərbaycana Hind okeanı, Cənub-Şərqi Asiya və Afrika bazarlarına çıxış imkanı verəcək”, - deyə deputat bildirib.

Deputat qeyd edib ki, BRICS üçün strateji önəm daşıyan və Azərbaycan ərazisindən keçən “Şərq-Qərb” nəqliyyat dəhlizi, başqa sözlə desək, Orta Dəhliz Çini Avropa ilə birləşdirən ən qısa nəqliyyat marşrutudur və bir sıra üstünlüklərə malikdir. Coğrafi prizmadan həm Çin və Hindistanın marağında olan Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizlərinin mərkəzində yer alan ölkə Azərbaycandır. BRICS-in dünya üzrə istehsalın böyük həcminə sahib olduğunu nəzərə alsaq, Azərbaycanın təşkilata üzvlüyü

-ona böyük ixrac imkanları qazandıracaq,

-Avropa və Asiya arasında əsas nəqliyyat marşrutlarına təsirini genişləndirəcək,

-mövcud infrastrukturdan daha səmərəli istifadəyə imkan verəcək,

-Azərbaycana əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq,

-ölkəmiz Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm rol oynayacaq.

“Azərbaycanın BRICS ölkələri ilə yaxın perspektiv üçün əməkdaşlığının üçüncü mühüm istiqaməti COP29 qlobal iqlim sammitidir. Təqribən 200 ölkənin COP29-un Bakıda keçirilməsinə dair yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasi və əməkdaşlıq kursuna dəstəyin real ifadəsidir. Çünki artıq ölkəmiz Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa praktik töhfələr verir və dövlət başçısının da dediyi kimi, istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına bundan sonra da səy göstərəcək. Bu hədəflərə çatmaqda isə, əlbəttə, BRICS üzvü olan ölkələrin dəstəyinin müstəsna rolu ola bilər”, - deyən Əlibala Məhərrəmzadə fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV