SİYASƏT
Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bern, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bu ölkənin Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb, Tiçino kantonunun iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər imkanları müzakirə edilib.
Eyni zamanda, Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq əlaqələrinə toxunan tərəflər Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Görüşdə yaxın aylar ərzində Luqano şəhəri merinin rəhbərliyi ilə geniş iqtisadi nümayəndə heyətinin ölkəmizə səfəri razılaşdırılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]