AZƏRBAYCAN VƏ LATVİYA PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI
Oktyabrın 3-də Prezident sarayında Azərbaycan-Latviya sənədləri imzalandıqdan sonra prezidentlər İlham Əliyevin və xanım Vayra Vike-Freyberqanın birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları mətbuat konfransında bəyanatlarla çıxış etdilər, jurnalistlərin suallarına ətraflı cavab verdilər.