Azərbaycan və Moldovanın bəzi şəhərləri qardaşlaşacaq
Kişineu, 1 oktyabr, AZƏRTAC
Azərbaycan və Moldovanın bir sıra şəhərlərinin qardaşlaşması üçün müvafiq qurumlar arasında danışıqlar aparılır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov söyləyib.
Səfir bildirib ki, hazırda Kişineu və Bakının, həmçinin Qəbələ və Komrat şəhərlərinin qardaşlaşmasına dair sazişlərin imzalanması planlaşdırılır.
Qüdsi Osmanovun sözlərinə görə, hazırda iki ölkənin dövlətlərarası komissiyasının növbəti iclasında imzalanacaq ticarət, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişlər üzərində fəal iş aparılır. Bütün bunlar Azərbaycan və Moldova arasında strateji, dost münasibətlərin təzahürüdür.
“Bizim əməkdaşlığın daha da inkişafı üçün potensialı böyükdür. İstər siyasi, istər iqtisadi və humanitar-mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək olar”, - deyə Q.Osmanov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]