Azərbaycan və Özbəkistan QHT-lərinin forumunda panel müzakirələri: “İmkanlar və perspektivlər”
Füzuli, 27 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan QHT-lərinin forumunda “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Otabek Xusanov, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Azamat Pərdayev, “Yüksəliş” Milli Hərəkatının sədri Bobur Bekmurodov, Qadın və Qızlar Birliyinin sədri Nəsibə Mirodilova, Özbəkistan Könüllülər Birliyinin rəhbəri Şirin Abidova, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Kamil Abdullayev fəaliyyət sahələrinə dair təqdimatlar ediblər.
Müzakirələrin sonunda sual-cavab sessiyası keçirilib.
Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.