Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yavər Camalov nümayəndə heyətinə rəhbərlik etdiyi nazirliyin fəaliyyəti ilə bağlı məlumat vermişdir.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev iştirak etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olmuş, istehsal prosesini yaxından izləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]