Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə bütün beynəlxalq və regional təşkilatlarda vahid mövqe sərgiləyir

Azərbaycan və Türkiyə bütün beynəlxalq və regional təşkilatlarda vahid mövqe sərgiləyir

Bakı, 14 avqust, AZƏRTAC

Bir millət, iki dövlət - Azərbaycan və Türkiyə. Bu gün dünyada ikinci bir nümunə, analoq tapmaq olmaz ki, iki dövlət bir-birinə bu qədər yaxın, sıx, bağlı olsun. Çünki bu, təsadüfi deyil. Bu, sırf qan, kök, soy bağlılığıdır. Dilimiz, dinimiz, ruhumuz, qanımız, canımız birdir. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci Türkiyənin sevincidir... Bu, keçmişdə də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Kimsənin ötən dönəmlərdə bu birliyi, bu sarsılmazlığı poza bilmədiyi kimi, bundan sonra da heç bir gücün, qüvvənin bu vəhdəti, bu birgəliyi pozması, sarsıtması mümkün olmayacaq. Necə ki, çar Rusiyası, 71 illik sovet boyunduruğu bu birliyi, ruh, kök bağlılığını sarsıda, məhvərindən oynada bilmədi... Ona görə də yenidən buna cəhd edən qüvvələr, min bir fitnə-fəsad ilə öz məkrli niyyətlərinə çata biləcəklərini düşünənlər öz murdar əməllərindən əl çəksələr yaxşı olar. Atalar məsəlimizdə də deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacaq... Üstümüzə, üzərimizə nə qədər çox gələcəklərsə, bizlər bir o qədər güclənəcəyik, bizlər bir millət, iki dövlət olaraq daha da qüvvətlənəcəyik, daha da sıx tellərlə bir-birimizə bağlanacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, professor Jalə Əliyeva söyləyib.

O bildirib: “Heç kim üçün də sirr deyil ki, Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, müttəfiqliyi 1993-cü ilin iyunundan - Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlməsindən, o cümlədən Ümummilli Liderimizin yolunu və siyasətini uğurla, layiqincə davam etdirən Prezident İlham Əliyevin prezident seçilməsindən, eləcə də Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Baş Naziri və Prezidenti seçilməsindən sonra daha da güclənib, yeni səviyyəyə yüksəlmişdir. Həm dövlətlərimiz, xalqlarımız arasında qardaşlıq, dostluq, müttəfiqlik münasibətləri ən yüksək səviyyələrə qalxmış, həm də liderlərimiz arasında dostluq və qardaşlıq münasibətləri hər kəs üçün nümunəyə çevrilmişdir. Bu gözəl, yüksəksəviyyəli münasibətlərin nəticəsidir ki, bu gün həm Azərbaycan, həm də Türkiyə nəinki yerləşdikləri coğrafiyanın, bütövlükdə dünyanın əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən birinə çevrilmişdir. Ölkələrimizin birgə razılığı və iştirakı olmadan bölgədə, bu coğrafiyada heç bir beynəlxalq və regional layihənin həyata keçirilməsi mümkün ola bilməz və olmayacaq. Son illər icra edilən layihələr, o cümlədən TANAP da məhz bu birgə əməkdaşlığın, qardaşlığın təzahürüdür. Hər iki dövlət, eyni zamanda, bütün arenalarda, bütün platformalarda, bütün beynəlxalq və regional təşkilatlarda hər bir məsələdə vahid mövqe sərgiləyir. Azərbaycan terrorizmə qarşı mübarizədə daim Türkiyənin yanındadır, onun bütün addımlarını birmənalı şəkildə dəstəkləyir. Öz növbəsində Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın mövqeyindən çıxış edir, münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Təsadüfi deyil ki, bu günlərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə hökuməti və xalqı oldu. Dünya bununla daha bir mesaj aldı ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə vəhdəti sözdə deyil, əməldədir.

Deputat qeyd edib ki, son bir neçə gündə yaşananlar isə Azərbaycan-Türkiyə qardaşlığında yeni, növbəti parlaq, könül oxşayan, qəlblərə rahatlıq gətirən, gələcəyə inam yaradan addımlardır. Bir gün ərzində Azərbaycan Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etməsi, yüksəksəviyyəli görüşlər keçirməsi, xüsusilə hər iki nazirin Prezident Ərdoğan tərəfindən qəbul edilməsi, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdağı verməsi, eləcə də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksəksəviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevlə görüşməsi hər birimizi qürurlandırır, hər birimizdə iftixar hissi doğurur. Bunlar sözlə ifadəsi mümkün olmayan hislərdir. Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin görüşdə söylədiyi fikirlər deyilənlərin əyani təsdiqi və növbəti təcəssümü oldu. Prezident İlham Əliyev dedi: “Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir...”. Həmçinin belə bir əminlik ifadə edildi ki, bizim qardaşlarımız - Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən burada öz Vətənlərində olduqlarını özləri də gördülər. Onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Eyni zamanda, Hulusi Akar dediyi kimi: “Həqiqətən bir millət, iki dövlətik, bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür. Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

Bu sözlərlə Hulusi Akarın bir daha Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan birliyinin heç zaman pozulmayacağını qətiyyətlə və birmənalı şəkildə bəyan etdiyini deyən Jalə Əliyeva qeyd edib: “Bütün bunlar hər birimizdə bir daha qəti əminlik yaradır ki, Azərbaycan-Türkiyə həmrəyliyi, birliyi nəticəsində həm terrorun kökü birdəfəlik kəsiləcək, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına birdəfəlik son qoyulacaq. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi hələ çox qələbələrə, zəfərlərə öz əbədi imzasını atacaq. Yaşasın, qardaşlığımız! Yaşasın, dostluğumuz! Yaşasın birliyimiz!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq