Azərbaycan Vyanada keçiriləcək ATƏT-in gender bərabərliyinin icmal konfransında təmsil olunacaqdır
Bakı, 7 iyul (AZƏRTAC). İyulun 10-dan 11-dək Vyanada ATƏT-in gender bərabərliyinin icmal konfransı keçiriləcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in gender bərabərliyinin təşviqi üzrə Fəaliyyət Planının qəbul edilməsinin 10 illiyi münasibətilə keçiriləcək konfransda AQUPDK-nın sədri Hicran Hüseynova iştirak edəcəkdir.
Konfransda məişət zorakılığı ilə mübarizə, qadınların irəli çəkilməsi, bərabərlik hüququnun de-fakto təmin edilməsi, dövlətlərin təcrübəsi və digər mövzularda təşkil olunacaq sessiyalarda H.Hüseynovanın çıxışı, eləcə də tədbir çərçivəsində ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur.
Tədbirdə 40-dan çox dövlətin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]