AZƏRBAYCAN YIĞMASI OLİMPİADADA DAHA İKİ MEDAL QAZANACAQ
AZƏRTAC xəbər verir ki, Pekin Olimpiadasının 4-cü günü altı Azərbaycan idmançısı gücünü sınayacaqdır.
Döşək üzərinə ilk olaraq bütün rəqiblərinə qalib gəlib finala vəsiqə almış yunan-Roma güləşçisi Vitali Rəhimov (60 kiloqram) çıxacaqdır.
Rövşən Bayramov da (55 kiloqram) görüşlərinə qələbə ilə başlamışdır. O, misirli Mustafa Məhəmmədə (4:0, 8:0) və kubalı Yaqner Ernandesə (4:0, 1:2, 4:0) qalib gələrək yarımfinala çıxmışdır. Burada onu köhnə rəqibi Roman Amoyan gözləyirdi. Rövşən bu görüşdə 7:2, 4:1 hesabı ilə qələbə qazanaraq finala çıxmışdır.
Beləliklə, hər iki idmançımız mükafata namizəddir, medalların hansı əyarlı olacağını final göstərəcəkdir.
Cüdoçu Mehman Əzizov (81 kiloqram) Elnur Məmmədlinin uğurunu davam etdirməyə və Azərbaycan üçün daha bir medal qazanmağa çalışacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]