AZƏRBAYCAN ZƏVVARLARI MƏDİNƏDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ EHSAN VERMİŞLƏR
Yanvarın 14-də Azərbaycan zəvvarları Mədinədə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehsan vermişlər.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, dörd yüz nəfərin iştirakı ilə açılan süfrədə türk dünyasının böyük oğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.