Azərbaycanda çimmək üçün yararlı olan çimərliklərin işarələnməsi təklif olunur
Bakı, 12 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda çimmək üçün yararlı olan çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə layihə hazırlayır. Layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin çimərliklərə tullantılar üçün konteynerlərin yerləşdirilməsi təklif edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova iyunun 12-də keçirilən mətbuat konfransında məlumat verib.
Mətbuat katibi bildirib ki, dünyada belə bir təcrübədən istifadə olunur və ekoloji standartlara cavab verən çimərliklərə mavi bayraq sancılması ənənəsi mövcuddur. Həmin mavi bayraq çimərliyin yüksək imic qazanmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]