“AZƏRBAYCANDA ELMİN İNKİŞAFI ÜÇÜN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ İMKANLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycanda elmin inkişafı üçün beynəlxalq əməkdaşlıq imkanları” mövzusunda konfrans öz işinə başlamışdır. Konfransı Azərbaycan Milli Elm Fondu, AMEA, Amerika Birləşmiş Ştatları Mülki Tədqiqatlar və İnkişaf Fondu, ABŞ Hərbi Dəniz Tədqiqatları Mərkəzi təşkil etmişlər.
Hər iki ölkənin tanınmış alim və mütəxəssislərinin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək, Azərbaycanla ABŞ arasındakı elmi əlaqələrdən danışmış və bildirmişdir ki, ABŞ Dövlət Departamentinin proqramları çərçivəsində xeyli azərbaycanlı tədqiqatçı həmin ölkənin universitetlərində və elmi mərkəzlərində təcrübə keçmiş, araşdırmalar aparmışdır.
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Rino Harniş, ABŞ Hərbi Dəniz Tədqiqatları Mərkəzinin direktoru Con O’Neil iki ölkə arasında elmi əməkdaşlığın əhəmiyyətindən danışmış, onun daha da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Konfrans fevralın 3-də işini başa çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]