AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİ İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL
Xəbər verdiyimiz kimi, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Azərbaycanda İTAR-TASS günləri iştirakçılarının şərəfinə Yaxt klubda rəsmi qəbul təşkil olunmuşdur.
Qəbulun iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya nümayəndə heyətinin rəhbəri, İTAR-TASS agentliyinin Baş direktoru Vitali İqnatenko qəbulda nitq söylədilər.