Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir

Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir

Bakı, 9 iyun, AZƏRTAC

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.

Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərib.

Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı AZƏRTAC-a açıqlamasında söyləyib.

1991-1993-cü illərin ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlandığını qeyd edən deputat deyib: “Bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ozamankı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Aqiyə Naxçıvanlı qeyd edib ki, Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələrin fəaliyyətini tez bir zamanda aradan qaldıran Ulu Öndər, eyni zamanda, cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

“Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin vaxtında və düşünülmüş şəkildə atdığı addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün etdi. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Ulu Öndər milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması yolunda yorulmaz fəaliyyət göstərmişdir. Heydər Əliyevin böyük vətənpərvərliyi Azərbaycanda milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynadı. Ümummilli Lider müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu universal ideoloji formula olan azərbaycançılıq ideologiyası dayanır.

“Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük qələbələrə imza atacağını təsdiq edir”, - deyə professor Aqiyə Naxçıvanlı fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib