Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb YENİLƏNİB VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağı Güzdək stansiyasından göndərilib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan bu ölkəyə neft məhsullarının ixracına başlanılıb.