Keniya təmsilçisi: Biz icmalarımızın maraqlarının qlobal səviyyədə müdafiəsinə diqqət yetirəcəyik
Bakı, 14 may, AZƏRTAC
Mən bu platformanı transformativ və strateji təşəbbüs kimi görürəm. Gücümüzün ortaq səsimizdə olduğunu unutmamalıyıq. Bu platforma vasitəsilə biz öz prioritetlərimizi müəyyən etmək, öz hekayələrimizi bölüşmək və hər kəsi əhatə edən, ədalətli bir gələcək qurmaq imkanı əldə edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının Baş katibinin Afrika regionu üzrə yeni seçilmiş müavini, Keniya təmsilçisi Mithika Mvenda qurumun ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
"Biz şəffaflığa, hesabatlılığa və hər şeydən əvvəl bizi birləşdirən dəyərlərə sadiq qalmağa çalışacağıq. Gələcəyə baxdıqda, bizim aydın missiyamız var. Biz potensialın artırılmasına, əməkdaşlığın təşviqinə və icmalarımızın maraqlarının qlobal səviyyədə müdafiəsinə diqqət yetirəcəyik. Yerli təşəbbüslərlə qlobal siyasət arasındakı boşluğu aradan qaldırmaq üçün çalışacağıq, bölgələrimizdən gələn ideya və yeniliklərin beynəlxalq çərçivələrdə tanınmasını və inteqrasiya olunmasını təmin edəcəyik", - deyə Mithika Mvenda bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]