Media: ABŞ İsrailin Qəzzada döyüşləri bərpa etməsinə imkan verməyəcək
Bakı, 14 may, AZƏRTAC
Qəzza sektorunda münaqişənin həlli ilə bağlı sülh planının həyata keçirilməsində çətinliklər fonunda ABŞ İsrailə hərbi əməliyyatları bərpa etməyə imkan verməyəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə ABŞ-dəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, İsrail rəsmiləri ABŞ ilə dialoq zamanı HƏMAS hərəkatına qarşı əməliyyatların bərpası ehtimalını səsləndiriblər. Birləşmiş Ştatların nümayəndələri isə buna cavab olaraq hərbi əməliyyatların bərpasını mövcud münaqişənin həlli üçün səmərəsiz və qəbuledilməz olduğunu deyiblər.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatı ilə İsrail arasında başlayan münaqişə nəticəsində həlak olan fələstinlilərin sayı 70 min nəfəri keçib, yüz minlərlə insan isə yaralanıb.
2025-ci il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Birləşmiş Ştatların Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı razılığa gəlib. Oktyabrın 10-da isə Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:54]
Latviyanın Baş naziri istefa verdiyini elan edib
- 14.05.2026 [12:35]
Hesabat: Cari ilin I rübündə Hörmüz boğazından neft axını azı 30 faiz azalıb
- 14.05.2026 [12:21]
Yeni Zelandiyada qaz ehtiyatları kəskin azalıb
- 14.05.2026 [12:06]
Qardabanidə baş verən qəzada 5 nəfər həyatını itirib
- 14.05.2026 [12:03]
“WhatsApp”da süni intellektlə şəxsi söhbətlər üçün “İnkoqnito-çat” yaradılıb
- 14.05.2026 [11:53]
BMT-nin ekspert hesabatı: Total izlənilmə dünyada adi hala çevrilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]