Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda işğalçı ideologiyanın yenidən dirçəldilməsi region üçün ciddi risk mənbəyidir - ŞƏRH

Ermənistanda işğalçı ideologiyanın yenidən dirçəldilməsi region üçün ciddi risk mənbəyidir -  ŞƏRH

Bakı, 14 may, AZƏRTAC

Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan regionda dayanıqlı sülhün əsas təşəbbüskarı və təminatçısı kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin formalaşdırdığı strateji siyasi xətt göstərdi ki, Azərbaycan artıq yalnız hərbi qələbə qazanan dövlət deyil, eyni zamanda, regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas siyasi aktordur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın sülh gündəliyi yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasına deyil, bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, müharibədən dərhal sonra Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı konkret prinsiplər təqdim etdi. Dövlət sərhədlərinin qarşılıqlı tanınması, ərazi bütövlüyünə hörmət, gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina və kommunikasiyaların açılması kimi bu fundamental prinsiplər beynəlxalq hüququn norma və qaydalarına əsaslanır. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda yeni qarşıdurma deyil, məhz sabitlik və iqtisadi inteqrasiya mühiti formalaşdırmaq niyyətindədir. Ermənistan rəhbərliyi də müxtəlif platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə olan halda ortaya ciddi sual çıxır ki, əgər sülh prosesi gedirsə və tərəflər bunu ən yüksək səviyyədə ifadə edirsə, onda Ermənistanda Avropa İttifaqı missiyasının saxlanılmasının real məqsədi nədir? Avropa İttifaqının “mülki missiyasının” fəaliyyətinə diqqətlə baxdıqda onun klassik müşahidə mexanizmi çərçivəsindən daha çox siyasi-geostrateji alət funksiyası daşıdığı aydın şəkildə görünür. Missiyanın mövcudluğu isə regionda etimad mühitini gücləndirməkdən daha çox əlavə geosiyasi müdaxilə elementləri yaradır.

"Aİ missiyanın əsas siyasi himayədarı Fransadır. Rəsmi Parisin son illərdə nümayiş etdirdiyi açıq ermənipərəst mövqe artıq diplomatik balans çərçivəsindən çıxaraq birtərəfli siyasi xəttə çevrilib. Fransa Senatında qəbul edilən anti-Azərbaycan qətnamələri, Ermənistana hərbi texnika göndərilməsi, Avropa platformalarında ölkəmizə qarşı davamlı siyasi kampaniyalar bunun açıq göstəricisidir. Əslində bu siyasət müəyyən mənada “binokl diplomatiyası”nın davamıdır. Beləliklə də regionda sülh və etimad yaratmaq iddiası ilə çıxış edən qüvvələrin birtərəfli yanaşması onların həqiqi məqsədlərini ortaya qoyur.

Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bölgədə yeni təhlükə ocaqlarının yaranmasına imkan verməyəcəyini vurğulayıb. Ermənistan daxilində revanşist qüvvələrin fəallaşması və keçmiş işğalçı ideologiyanın yenidən dirçəldilməsi cəhdləri isə region üçün ciddi risk mənbəyidir.

2020-ci ildə olduğu kimi Azərbaycan bundan sonra da öz təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini hər zaman açıq və konkret şəkildə ifadə edib",- deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, 44 günlük Vətən müharibəsində Qarabağ separatizmini idarə edən və onu beynəlxalq manipulyasiya alətinə çevirən qüvvələr ilk dəfə olaraq tarixi məğlubiyyətlə üzləşdilər. Bəzi dairələr bu qələbənin miqyasını hələ də tam dərk etməyə bilərlər. Lakin reallıq ondan ibarətdir ki, Vətən müharibəsi Cənubi Qafqazda təxminən iki əsr ərzində formalaşmış ədalətsiz status-kvonu aradan qaldırdı. Bu gün Azərbaycan regionda diktə olunan deyil, təşəbbüs irəli sürən dövlətdir. Ölkəmiz həm enerji təhlükəsizliyi, həm nəqliyyat-logistika layihələri, həm də regional təhlükəsizlik məsələlərində əsas söz sahibinə çevrilib.

"Ermənistan seçim qarşısındadır. Ya revanşist xəyallardan birdəfəlik imtina edib regional əməkdaşlığa qoşulmalı, ya da xarici güclərin geosiyasi alətinə çevrilərək növbəti tarixi səhvlərlə üzləşməlidir. Cənubi Qafqazda isə davamlı sülhün alternativi yoxdur. Lakin bu sülh yalnız region dövlətlərinin suveren iradəsi və qarşılıqlı hörmət prinsipi əsasında mümkün ola bilər. Xarici müdaxilələr, ikili standartlar və birtərəfli yanaşmalar isə sülhə deyil, yeni qarşıdurma risklərinə xidmət edir. Azərbaycan isə öz prinsipial mövqeyində qətidir. Belə ki, bölgədə təhlükəsizlik, sabitlik və əməkdaşlıq yalnız beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı məsuliyyətə əsaslanan münasibətlər sistemi üzərində qurula bilər",- deyə o vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb