Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

Bakı, 12 iyun, AZƏRTAC

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar siyasətində növbəti mərhələyə keçidi ifadə edən mühüm sənəddir. Bu proqramın mahiyyətini yalnız kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq kimi qiymətləndirmək düzgün olmazdı. Sənəd daha geniş yanaşmaya əsaslanır, yəni aqrar sahənin ənənəvi, daha çox xammal istehsalına söykənən modeldən çıxaraq məhsuldarlıq, emal, logistika, ixrac, innovasiya və dəyər zənciri üzərində qurulan müasir inkişaf modelinə keçidini nəzərdə tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri iqtisad elmləri doktoru Yunus Sadıqov deyib.

O bildirib ki, Prezidentin 25 may 2026-cı il tarixli Sərəncamında da proqramın əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi müəyyən edilir.

“Bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, aqrar sahəyə artıq yalnız “əkin-biçin” prizmasından deyil, bütöv iqtisadi sistem kimi yanaşılır. Sənəddə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı ilə yanaşı, emal, soyuducu anbarlar, taxıl siloları (taxıl saxlanılan qurğular), logistika, maliyyə resurslarına çıxış, sığorta, rəqəmsal xidmətlər, aqrar təhsil və innovasiya məsələləri də ön plana çəkilir. Bu isə çox vacibdir. Çünki müasir dünyada aqrar sektorun gücü təkcə torpaq sahəsinin böyüklüyü və ya məhsul həcmi ilə ölçülmür. Əsas məsələ həmin məhsulun necə istehsal olunması, necə emal edilməsi, hansı keyfiyyət standartlarına cavab verməsi, bazara necə çıxarılması və nə qədər əlavə dəyər yaratmasıdır.

Proqramda məhsuldarlığın artırılması xüsusi yer tutur. Məsələn, ixtisaslaşmış rayonlar üzrə buğdanın məhsuldarlığının 40,3 sentnerdən təxminən 50 sentnerə, pambığın məhsuldarlığının isə 36,1 sentnerdən təxminən 50 sentnerə çatdırılması nəzərdə tutulur. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan təxminən 300 min hektara yüksəldilməsi də sənədin ən mühüm hədəflərindən biridir. Bu, təsadüfi məsələ deyil. Azərbaycan kimi su resursları məhdud olan ölkədə aqrar inkişafın gələcəyi daha çox torpağın genişləndirilməsindən yox, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsindən asılı olacaq. Ona görə də proqramın resurs səmərəliliyi, suvarma texnologiyaları və iqlim dayanıqlılığı üzərində qurulması strateji baxımdan doğru yanaşmadır”, - deyə o qeyd edib.

Y.Sadıqov vurğulayıb ki, Dövlət Proqramında heyvandarlıq sahəsində əsas diqqət iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, daha yüksək məhsuldar damazlıq və cins heyvanların payının artırılmasına yönəldilir: “Sənəddə yüksək məhsuldar cins iribuynuzlu heyvanların ümumi sürüdə payının 2025-ci ildəki 2,5 faiz səviyyəsindən 2030-cu ilədək təxminən 10 faizə çatdırılması hədəflənir. Bununla yanaşı, mal əti istehsalında azı 20 faiz, süd istehsalında azı 10 faiz, qoyun əti istehsalında azı 9 faiz, quş əti istehsalında azı 30 faiz, yumurta istehsalında isə təxminən 27 faiz artım nəzərdə tutulur. Bu hədəflər heyvandarlığın ekstensiv modeldən daha məhsuldar, damazlıq potensialına və intensiv təsərrüfatçılığa əsaslanan modelə keçidini göstərir. Akvakultura üzrə istehsal həcminin 3400 tondan təxminən 7700 tona çatdırılması isə balıqçılığın artıq yardımçı sahə kimi deyil, ayrıca iqtisadi potensiala malik sektor kimi qəbul olunduğunu göstərir.

Bu proqramın daha bir vacib tərəfi dəyər zənciri yanaşmasıdır. Aqrar sahədə əsas problem çox vaxt məhsulun istehsalında deyil, istehsaldan sonrakı mərhələlərdə — tədarük, saxlanma, emal, qablaşdırma, logistika və satışda yaranır. Fermer məhsul istehsal edir, amma onu keyfiyyətli şəkildə saxlaya, emal edə və daha gəlirli bazara çıxara bilmirsə, kənd təsərrüfatında real gəlir artımı məhdud qalır. Proqramda soyuducu anbarların həcminin 400 min tondan təxminən 500 min tona, taxıl silolarının həcminin 1,9 milyon tondan 2,05 milyon tona çatdırılması kimi hədəflər məhz bu baxımdan əhəmiyyətlidir. Bu cür infrastruktur istehsalçının bazar qarşısında zəif mövqeyini müəyyən qədər azalda və məhsul itkisini aşağı sala bilər”.

Onun sözlərinə görə, sənəddə aqrar sığorta və rəqəmsallaşma məsələlərinə də xüsusi diqqət yetirilməsi müsbət haldır.

“Aqrar sığorta ilə təmin edilən sahələrin 386 min hektardan azı 1 milyon hektara çatdırılması, rəqəmsal xidmətlər vasitəsilə göstərilən aqrar dövlət dəstəyi xidmətlərinin payının 55 faizdən 100 faizə yüksəldilməsi nəzərdə tutulur. Bu, fermerin dövlət dəstəyinə çıxışını daha operativ və şəffaf edə bilər. Amma burada əsas məsələ təkcə xidmətlərin rəqəmsallaşdırılması deyil, həmin xidmətlərin real fermer üçün əlçatan və işlək olmasıdır. Rəqəmsal sistem yalnız kağız prosedurları elektron formaya keçirmək üçün deyil, qərarverməni daha dəqiq, məlumatəsaslı və şəffaf etmək üçün istifadə olunmalıdır. Bununla yanaşı, proqramın uğuru yalnız hədəflərin düzgün müəyyən edilməsindən asılı deyil. Əsas məsələ icra keyfiyyətidir. Aqrar sahədə uzun illərdir müşahidə olunan problemlər — kiçik təsərrüfatların parçalanmış strukturu, fermerlərin maliyyə resurslarına çıxış çətinliyi, emal müəssisələri ilə istehsalçılar arasında zəif koordinasiya, bazar qiymətlərində qeyri-sabitlik, su təminatı problemləri və texnologiyaya çıxışın məhdudluğu — yalnız inzibati qərarlarla tam həll edilə bilməz. Burada fermer, emalçı, logistika şirkəti, bank, sığorta qurumu, elm və təhsil müəssisələri arasında real əlaqələndirmə mexanizmi qurulmalıdır”, - deyə o bildirib.

Şöbə müdirinin fikrincə, Dövlət Proqramının əsas mahiyyəti aqrar sektoru daha yüksək əlavə dəyər yaradan, rəqabətqabiliyyətli və texnoloji əsaslı iqtisadi sahəyə çevirməkdir: “Əgər bu proqram yalnız istehsal göstəricilərinin artırılması kimi icra olunarsa, onun təsiri məhdud qala bilər. Amma proqram dəyər zənciri, regional ixtisaslaşma, aqrar emal, innovasiya, su və torpaq resurslarının səmərəli idarə olunması, fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi istiqamətində kompleks şəkildə həyata keçirilərsə, kənd təsərrüfatı ölkənin qeyri-neft iqtisadiyyatında daha ciddi rol oynaya bilər.

Nəticə etibarilə 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahənin inkişafı baxımından mühüm imkan yaradır. Bu imkanın real nəticəyə çevrilməsi üçün əsas şərt proqramın yerlərdə formal deyil, iqtisadi məntiqə əsaslanan şəkildə icra olunmasıdır. Aqrar inkişaf artıq yalnız daha çox məhsul istehsal etmək deyil, daha ağıllı, daha səmərəli, daha gəlirli və daha dayanıqlı istehsal sistemi qurmaq deməkdir. Bu proqramın strateji dəyəri də məhz bundadır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib