Yeni Zelandiyada qaz ehtiyatları kəskin azalıb
Bakı, 14 may, AZƏRTAC
Yeni Zelandiyada təbii qaz ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Biznes, İnnovasiya və Məşğulluq Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkənin qaz ehtiyatları 23 faiz azalaraq 731 petajul təşkil edib. Ən böyük azalma ölkənin iri qaz yataqlarından biri olan “Pohokura” yatağında qeydə alınıb.
Energetika naziri Simeon Braun bildirib ki, “Maui” yatağında hasilat bu il dayandırılacaq, 2036-cı ilə qədər isə səkkiz qaz yatağının bağlanacağı gözlənilir. Nazirin sözlərinə görə, qaz təchizatının azalması enerji qiymətlərinin artmasına və iqtisadiyyata mənfi təsir göstərir.
Hökumət enerji təhlükəsizliyini gücləndirmək üçün qaz kəşfiyyatı qadağasını ləğv edib və yeni dəstək tədbirləri həyata keçirməyə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [12:54]
Latviyanın Baş naziri istefa verdiyini elan edib
- 14.05.2026 [12:45]
Media: ABŞ İsrailin Qəzzada döyüşləri bərpa etməsinə imkan verməyəcək
- 14.05.2026 [12:35]
Hesabat: Cari ilin I rübündə Hörmüz boğazından neft axını azı 30 faiz azalıb
- 14.05.2026 [12:06]
Qardabanidə baş verən qəzada 5 nəfər həyatını itirib
- 14.05.2026 [12:03]
“WhatsApp”da süni intellektlə şəxsi söhbətlər üçün “İnkoqnito-çat” yaradılıb
- 14.05.2026 [11:53]
BMT-nin ekspert hesabatı: Total izlənilmə dünyada adi hala çevrilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]