Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir
Astana, 14 may, AZƏRTAC
Qazaxıstan və Türkiyə qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətlərini təsdiqləyib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında bildirib.
O, aprelin 15-də Astanada keçirilən iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 14-cü iclasında qəbul edilmiş Fəaliyyət Planının həyata keçirilməsinin vacibliyini vurğulayıb. Türkiyə Prezidenti, həmçinin tərəflərin hər iki ölkənin şirkətlərini investisiya qoymağa təşviq etməyə davam edəcəklərini vurğulayıb və biznes ictimaiyyətini bir araya gətirən bu cür tədbirlərin xüsusi əhəmiyyətini qeyd edib.
Rəcəb Tayyib Ərdoğan mayın 13-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfərinə gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]