“Politico”: Rusiya Almaniyanın ifrat sağçı partiyasını Peterburq forumuna dəvət edib
Bakı, 14 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin müşaviri Kremlin Almaniyanın ifrat sağçı partiyası ilə əlaqələrini necə inkişaf etdirdiyini göstərən nümunə olaraq, iyun ayında keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumuna “Almaniya üçün Alternativ” (AfD) partiyasından siyasətçiləri dəvət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri alman siyasətlilərə istinadla məlumat yayıb.
Qeyd olunub ki, vəziyyətdən xəbərdar olan partiya siyasətçisinin sözlərinə görə, Almaniya parlamentinin aşağı palatası olan Bundestaqın ən azı iki AfD üzvü – deputatlar Markus Fronmayer və Steffen Kotre dəvət aldıqdan sonra Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyə hazırlaşırlar.
Bildirilir ki, Putinin müşaviri Anton Kobyakov tərəfindən imzalanana dəvətnamədə deyilir: “Əminik ki, praqmatik əməkdaşlıq ədalətli bir dünya və təhlükəsiz gələcəyin xeyrinə biznes, siyasi və mədəni əlaqələrimizi gücləndirməyə kömək edəcək”. Məktubda, həmçinin Putinin forumda iştirak edəcəyi qeyd olunub.
AfD-nin həmsədri Alis Vaydel bu ilin əvvəlində Qərbi Almaniyada keçiriləcək iki federal əyalət seçkilərindən əvvəl partiya qanunvericilərinin Rusiyaya səfərlərini azaltmağa çalışıb. Onun qənaətinə görə, Putini dəstəkləyən nümayişlər həmin əyalətlərdə seçicilərin xoşuna gəlməyə bilər. Lakin iyun ayında keçiriləcək Peterburq forumunda nisbətən yüksəkvəzifəli AfD siyasətçisi Markus Fronmayerin iştirakı partiya rəhbərliyinin sentyabr ayında Şərqi Almaniyada keçiriləcək seçkilərdən əvvəl kursunu dəyişə biləcəyini göstərir.
Keçmiş Şərqi Almaniyadakı seçicilər Rusiya ilə daha yaxın əlaqələrə üstünlük vermək tərəfdarıdırlar və AfD seçkilərin keçiriləcəyi bu ərazidə aparılan sorğularda xeyli irəlidədir.
Partiyanın səfərlə bağlı tələblərini təsdiqləmək səlahiyyəti olan AfD qanunvericisi bildirib ki, Stefan Keuter, Fronmayer və Kotrenin forumda iştirak etməsinə razılıq veriləcək.