Nidal Salim: Qlobal Cənub insanlığın əsasən şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub
Bakı, 14 may, AZƏRTAC
Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir. Bu tədbir beynəlxalq görüşdən daha artığıdır. Bu gün Qlobal Cənub insanlığın əsasən Afrikada, Asiyada, Latın Amerikasında və digər inkişaf etməkdə olan regionlardakı şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
"Biz imkanlar və inkişaf əldə edirik, lakin, eyni zamanda, su təhlükəsizliyi, antisanitariya, iqlim riskləri və artan bərabərsizliklə üzləşirik. Milyonlarla insan hələ də su problemi, iqlim dəyişməsi kimi problemlərlə üzləşir", - deyə o bildirib.
Nidal Salim davamlılığın yalnız infrastrukturla mümkün olmadığını, inklüziv idarəetmə, güclü institutlar və vətəndaş iştirakını tələb etdiyini diqqətə çatdırıb. "QHT-lər və icma təşkilatları bu baxımdan vacibdir. Dövlət siyasəti və özəl sektor investisiya və inkişafı təmin etsə də, vətəndaş cəmiyyəti etimad, icmalara yaxınlıq və qlobal məqsədləri yerli fəaliyyətə çevirmək bacarığı gətirir", - deyə İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:13]
“Bilim Quba” mərkəzi - 1 il
- [10:54]