Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanı kəşf et” kitabının ikinci nəşrində ölkəmizin tarixindən və müasir həyatından bəhs edilir

Bakı, 8 fevral, Vüqar Əliyev, AZƏRTAC

Böyük Britaniyanın “Senate” nəşriyyatının hazırladığı “Azərbaycanı kəşf et” kitabının ikinci buraxılışı işıq üzü görüb. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti və idman sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs olunur. Layihənin rəhbərləri Lord Devid Evans və Rəfiqə Hüseynzadədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın nailiyyətlərinə həsr olunan kitab Prezident İlham Əliyevin müsahibəsi ilə açılır. “Azərbaycan: qlobal səhnədə oynadığı fəal rol” adlı müsahibədə dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyat, sosial və mədəniyyət sahələrində əldə etdiyi uğurlardan, iqtisadiyyatın şaxələndirilməsindən, idmanın ölkəmizin həm daxili inkişafında, həmçinin beynəlxalq mövqeyinin gücləndirilməsində oynadığı mühüm roldan ətraflı söhbət açıb. Prezident İlham Əliyev qeyd edib ki, müstəqilliyin bərpasından sonra milli dövlət quruculuğu prosesi heç də asan getməyib: erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı, vətəndaş müharibəsi təhlükəsi milli suverenliyimiz üçün ciddi təhdid yaratmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra həmin təhlükəli proseslər dayandırıldı, ölkəmiz tədricən sabitlik və dinamik inkişaf dövrünə qədəm qoydu. Demokratik dövlət modelinin tətbiqi, neft strategiyasının həyata keçirilməsi, transmilli enerji layihələrinin icrası, eyni zamanda, güclü liberal iqtisadiyyatın qurulması, uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmin layiqli üzvü olmasına şərait yaradan əsas amillərdir. Dövlətimizin başçısı vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi transmilli layihələr isə ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, qlobal iqtisadi və siyasi əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. Regionların inkişafı üzrə həyata keçirilən dövlət proqramlarından söhbət açan Prezident İlham Əliyev bildirib ki, bütün bu səylər nəticəsində son 10 ildə iqtisadiyyat üç dəfə artıb, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enib, sosial-iqtisadi infrastruktur bərpa olunub.

Dövlətimizin başçısı, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında mühüm rolundan, ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasından, habelə respublikamızın mötəbər qlobal tədbirlərə, o cümlədən ilk Avropa Oyunlarına, Formula-1 yarışlarına, Dünya Şahmat Olimpiadasına uğurla ev sahibliyi etməsindən danışıb.

Kitabın “Ənənənin müasirliklə qovuşduğu məkan” sərlövhəli bölməsində Azərbaycanın Cənubi Qafqazda ən böyük dövlət olduğu, regionun iqtisadiyyatına mühüm töhfə verdiyi bildirilir. Qeyd olunur ki, əlverişli coğrafi mövqeyi sayəsində Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün Şərq-Qərb enerji dəhlizində əsas aktordur, bununla da Avropanın enerji tələbatının ödənilməsinə töhfə verir. Həmin bölmədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunur, erməni işğalçılarının torpaqlarımızı zəbt etdiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Bu bölmədə, həmçinin “Odlar yurdu” kimi tanınan Azərbaycanın şanlı tarixindən və zəngin mədəni irsindən, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət festivallarından, incəsənət sərgilərindən bəhs edilir.

“Bugünkü Azərbaycanın mənşəyi” adlı bölmədə ölkəmizin qədim tarixindən danışılır, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olduğu dövr barədə ətraflı məlumat verilir. Həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasından əvvəl və sonra respublikaya rəhbərlik etdiyi dövrlərdə gördüyü taleyüklü işlərdən, misilsiz xidmətlərindən danışılır.

Kitabdakı digər bölmə “Mədəniyyətlərin kəsişməsi” adlanır. Burada Azərbaycan mədəniyyətindən, xüsusən zəngin musiqisindən söz açılır. Həmçinin XXI əsrdə də böyük rəğbətlə qarşılanan qədim Azərbaycan muğamının 2003-cü ildə UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğu diqqətə çatdırılır. Bu bölmədə dünyanın müasir memarlıq incilərindən biri sayılan Heydər Əliyev Mərkəzi, habelə Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Filarmoniyası, Müasir İncəsənət Muzeyi barədə geniş məlumat verilir.

“Avropa üçün ilk” adlı bölmə Bakı-2015 birinci Avropa Oyunlarına həsr olunub. Bu bölmədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsahibəsi təqdim edilir. Müsahibədə birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, bu mötəbər tədbirin ölkəmizin qədim və zəngin mədəni irsinin dünyaya tanıdılmasında oynadığı roldan bəhs edir, Oyunlarla bağlı xoş xatirələrini bölüşür. Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fondunun Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına verdiyi töhfələrdən danışır.

“Rioda Olimpiya uğurları - 2016” bölməsində isə Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarında qazandıqları parlaq qələbələr, Tokioda keçiriləcək növbəti Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilir.

Kitabda, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə müsahibə yer alır. Müsahibədə SOCAR-ın fəaliyyəti və gələcək planları barədə danışılır.

Azərbaycanın müasir simasından, turizm imkanlarından, milli mətbəxindən, ölkədə yaradılan müasir idman infrastrukturundan bəhs edən məqalələr çoxsaylı fotoşəkillərlə müşayiət olunur. Kitabın tərtibatında AZƏRTAC-ın fotolarından da istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılıb

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib