Azərbaycanın boccia idmançısı Orxan Kərimov “Intercontinental Challenger” çempionatını üçüncü pillədə başa vurub
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə milli komandasının üzvü Orxan Kərimov (BC-2) bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Intercontinental Challenger” çempionatında bürünc medal uğrunda görüşdə çexiyalı Josef Zabkaya qalib gəlib.
Bu gün iki idmançımız - Bəhruz Mirzəyev (BC-4) və Sona Ağayeva (BC-2) qızıl medal uğrunda mübarizə aparacaq. Belə ki, finalda B.Mirzəyev ukraynalı Artem Kolinko, S.Ağayeva isə portuqaliyalı Ana Korreia ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.