Azərbaycanın cüdo hakimləri Avropa kuboku yarışının görüşlərini idarə ediblər
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələrin Avropa kuboku yarışının görüşlərini idarə ediblər.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 12-13-də təşkil edilmiş qitə turnirində beynəlxalq dərəcəli hakimlərimiz Akif Tahirov və Nazim Umbayev də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb.
Qeyd edək ki, Avropa kuboku turnirində 32 ölkədən 675 idmançı iştirak edib.