Azərbaycanın dördqat dünya çempionu: Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağam
Bakı, 25 may, AZƏRTAC
"Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. Dördqat dünya çempionu olmaq qürurverici hissdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.
T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan 22 yaşlı idmançı yarışa çox ciddi hazırlaşdığını bildirib: “Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağam. Orada da Vətənimi layiqincə təmsil edəcəyəm".
Qeyd edək ki, dördqat dünya çempionu olan Lamiyə Vəliyeva Yaponiyadakı yarışda 100 metr məsafəyə qaçış üzrə də qızıl medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]