Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Mahmud Raştiyev

Bakı, 25 may, Anara Axundova, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin şagirdi, klarnet ifaçısı, bir çox respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Mahmud Raştiyevdir.

Mahmudun 17 yaşı var. O, ümumtəhsil məktəbinin 11-ci sinfində oxuyur, atası hərbi həkim, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısıdır. Anası fortepiano müəllimidir. İstedadlı gənc öz istəyinə əsasən musiqi ilə məşğul olmağa başlayıb.

“Musiqi mənim həyatımdır, onsuz özümü təsəvvür edə bilmirəm”, - deyə həmsöhbətimiz vurğulayır.

Mahmud əvvəlcə fortepianoda ifa etməyi öyrənib, lakin sonra klarnet sinfinə keçib, 11 yaşından etibarən müsabiqələrdə iştirak etməyə başlayıb. Yeniyetmənin sözlərinə görə, o, ilk vaxtlar üçüncü yerləri tuturdu, lakin 2018-ci ildən bəri qalib gəlməyə başlayıb.

İstedadlı klarnet ifaçısı xatırlayır: “İlk müsabiqəmdə çox həyəcan keçirirdim. Həmin vaxt üçüncü yeri tutmuşdum. 2018-ci ildə isə “Ruhun bulaqları” adlı müsabiqədə birinci yeri tutdum və bundan sonra məndə özünəinam yarandı”.

Mahmud üçün ən yaddaqalan müsabiqə 2020-ci ildə keçirilən “World Harmony” beynəlxalq müsabiqəsi oldu.

“Orada mən öz potensialımı tam göstərə bildim”, - deyə klarnet ifaçısı vurğulayır. - Çaykovskinin romansını ürəkdən ifa etdim. Çıxışdan sonra öz hisslərimi tamaşaçılara çatdıra bildiyimə görə fəxr etdim. Ümumiyyətlə, mən kantilena - lirik musiqini çox sevirəm”.

Gənc musiqiçi müsabiqələrə hazırlaşarkən daha çox məşq etmək üçün vaxt tapmağa çalışır: “Adətən gündə üç-dörd saat, bəzən altı saat çalıram. Amma müsabiqələr üçün əlavə məşq edirəm”.

Səhnəyə çıxmazdan əvvəl yaranan həyəcandan danışan Mahmud deyir ki, o, həmişə özünü ruhlandırır, çıxış zamanı diqqətini cəmləmək üçün xüsusi texnikalardan istifadə edir.

“Əvvəllər ifa edərkən bir nöqtəyə baxmağa çalışırdım, sonra isə gözlərim bağlı ifa etməyə başladım. Bunun sayəsində əsərin daxilinə daha dərindən qərq olaraq musiqini hiss edirəm və musiqinin ab-havasını daha yaxşı çatdıra bilirəm”, - deyə gənc qeyd edir.

Mahmud Qərbdə, o cümlədən Mərkəzi Avropa ölkələrində çıxış etmək istəyir, həmçinin başqa bir alətə - saksofona da yiyələnməyi planlaşdırır. Bu il istedadlı musiqiçi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmağa hazırlaşır. Məzun olduqdan sonra isə xaricdə təhsil almaq istəyir.

Söhbətimizdə Mahmudun müəllimi Elşad Mustafayev də iştirak edir. Elşad müəllim tələbəsi haqqında danışarkən qeyd edir ki, Mahmud əvvəlcə musiqi məktəbinə pianoçu kimi gəlib.

“Musiqiçi aləti seçmir, alət özü onu seçir. Yəni, biz peşəkarlar, şagirdin fiziki imkanlarına baxaraq ona uyğun olanı seçməyi tövsiyə edirik. Mahmud da həmçinin”, - deyə müəllim qeyd edir. – Mahmudun bəxti gətirib ki, onun həm valideyn nəzarəti, həm də istəyi güclü olub. Ən əsası isə odur ki, valideynlərindən böyük dəstək görüb və hələ də görməkdədir”.

Elşad müəllimin sözlərinə görə, müsabiqəyə hazırlıq böyük zəhmət tələb edir: “Uzun illərdir uşaqlarımızı müsabiqələrə aparırıq. Müsabiqəyə hansı proqramla gedəcəyimizi, ora kimi aparacağımızı, hansı uşağın həm psixoloji, həm də texniki cəhətdən müsabiqənin öhdəsindən gələ biləcəyini əvvəlcədən bilirik. Bu, çox böyük zəhmətdir!”

Müəllim şagirdinin uğurları ilə fəxr edir: “Mahmudla biz on üç müsabiqədə iştirak etmişik. Onlardan yeddisi beynəlxalqdır. Hamısı birinci yerlərlə nəticələnib. Keçən il Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə də biz mükafat almışdıq. Bundan əlavə, gənclərə dəstək layihələri var. Onların tərkibində dəfələrlə Dövlət Akademik Filarmoniyasının səhnəsində, Beynəlxalq Muğam Mərkəzində çıxış etmişik. Orada uğurlu konsert çıxışlarımız olub”.

Elşad müəllim deyir ki, o, şagirdlərini həmişə qələbəyə, uğura hazırlaşdırır - istər müsabiqədə, istər konsertdə, istərsə də imtahanda.

“Mahmud bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmağa hazırlaşır. Orada ciddi müsabiqə proqramı var. Ona uğurlar arzulayıram. Şagirdlərimiz hər il yüksək balla Akademiyaya qəbul olunurlar. Mən inanıram ki, Mahmud da ən yüksək bal toplayacaq!”, - deyə müəllim gülümsəyir.

Söhbətdə Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbinin direktoru Afət Qəmbərova da iştirak edir.

“Müsabiqələrə münasibətim birmənalı deyil, - deyə Afət xanım söyləyir. – Mən mükəmməl sovet təhsili almışam, nəzəriyyəçiyəm və bütün musiqi ədəbiyyatını praktiki olaraq əzbər bilirəm. Bir əsərdən ibarət müsabiqələr təşkil ediləndə, mən oraya uşaq göndərmirəm. Çünki buna müsabiqə kimi baxmıram. Müsabiqə ən azı iki turdan ibarət olmalı və hər turda ən azı iki və ya üç əsər ifa edilməlidir. Müəllimlər mənə müraciət etdikdə, həmişə baxıram ki, bu, necə bir müsabiqədir. Əgər o, ciddidirsə, nüfuzludursa, razılığımı verirəm. Bu həm uşaq, həm də müəllim üçün çox böyük məsuliyyət və gərgin zəhmətdir. Bir direktor kimi, müsabiqədəki çıxışa görə məsuliyyət daşıyıram. Mən buna çox ciddi yanaşıram”.

Afət xanımın dediyinə görə, Mahmud klarnet sinfinə keçəndən sonra tədricən potensialını ortaya qoyub. Direktorun qeyd etdiyi kimi, Mahmudun musiqiçi kimi yetişməsində anasının böyük rolu var.

“Onun təhsilində çox böyük rol oynayır. Əlbəttə ki, bu, həm müəllimin, həm də Mahmudun özünün zəhmətidir. Müəllim, valideyn, uşaq - bu üç komponent həmişə mövcud olmalıdır. Onlar bir yerdə olanda, uşaqlar balaca “ulduzlara” çevrilirlər”, - deyə Afət xanım vurğulayır. – Əminəm ki, Mahmud bu il mütləq Musiqi Akademiyasına daxil olacaq, orada yaxşı müəllimlərimiz var. Ümid edirəm ki, onlar onu görəcəklər. Ən azından, gələcəkdə Mahmud bizim Simfonik orkestrdə ifa edə biləcək. Ən yaxşı halda isə solist olacaq. Mən ona bunu arzulayıram və ümid edirəm ki, bu, belə də olacaq!”

Mahmudun anası, 23 saylı musiqi məktəbinin fortepiano müəllimi Mahirə Osmanova da istedadlı oğlu haqqında bir neçə söz söylədi.

“Mahmud gözlədiyimiz övladımızdır. O, Allahın bir hədiyyəsidir”, - deyə Mahirə xanım bölüşür. – O, kiçik yaşda olanda, fikir verdim ki, eşitdiyi hər parçanı ifa edir. Hansı musiqini eşitdisə, onu pianoda ifa edirdi. Ona görə də onu fortepianoya yazdırdıq. Amma sonra klarnetə keçirdik. Böyük həvəslə başladıq. Sağ olsun, bu təhsil ocağı sayəsində; məktəb bizə alət almaqda kömək etdi”.

Mahirə xanımın sözlərinə görə, Mahmud xaricdə keçirilən müsabiqə və konsertlərdə iştirak etmək üçün tez-tez dünyanın müxtəlif ölkələrindən məşhur insanlar tərəfindən şəxsən dəvət olunur. Lakin istedadlı gənc hələ ki, belə tədbirlərdə iştirak edə bilmir - xaricə səfərlər, bir qayda olaraq, böyük maliyyə xərcləri tələb edir. Həmçinin keyfiyyətli peşəkar alətin alınmasına...

“Mən ona deyirəm: Mahmud, sən özün üçün hər cür şərait yaradacaqsan” – deyə klarnet ifaçısının anası vurğulayır. - Çox motivasiyalıdır. O, aləti əlindən buraxmır. Mən həmişə ona söyləyirəm: Mahmud, sən hər şeyin öhdəsindən gələcəksən! Valideyn övladının arxasında durmalıdır. Müəllim, əlbəttə ki, öz yerində, məktəb də öz yerində, amma hər şeydən əvvəl, ilk növbədə valideyn uşağın arxasında dayanmalıdır. Dağ kimi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib