İDMAN
Azərbaycanın kişi basketbolçuları da İslamiadada qızıl medal qazanıblar
Bakı, 21 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC
Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında basketbol 3x3 yarışı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində Azərbaycan yığma komandası Qətər millisinə 13:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Kişilərin yarışında üçüncü yer uğrunda oyunda Türkiyə yığması Türkmənistan millisi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.
Beləliklə, yarışda Azərbaycan millisi birinci, Qətər yığması ikinci, Türkiyə komandası isə üçüncü yeri tutublar.
Xatırladaq ki, kişi basketbolçularımız finala gedən yolda İndoneziya yığmasını 21:13, Türkiyə millisini isə 19:14 hesabı ilə məğlubiyyətə uğradıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]