Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın muzeylərində Beynəlxalq Muzeylər Günü rəngarəng tədbirlərlə qeyd olunacaqdır

Bakı, 17 may (AZƏRTAC). Mayın 18-də bütün dünyada Beynəlxalq Muzeylər Günü qeyd ediləcəkdir.

Bu tarixi gün ərəfəsində AZƏRTAC-ın müxbiri Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva ilə görüşüb söhbət etmişdir. R.Tağıyeva demişdir:

-Artıq bəşəriyyətin keçdiyi tarixi inkişaf mərhələləri təsdiq etmişdir ki, milli dəyərlərdən kənar heç bir yüksəliş yoxdur. YUNESKO-nun “Qeyri-maddi Mədəni İrsin Qorunması haqqında Konvensiya”sı isə dünyada mədəni müxtəlifliyin qorunması və dəstəklənməsinin bəşəriyyət üçün sabit inkişafın mühüm amili kimi vacibliyini təsdiqləmişdir.

Azərbaycan mədəni irsinin qorunması, beynəlxalq miqyasda tanıdılması Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əlıyevanın təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində həyata keçirilmişdir. Qeyd etməyi özümə borc bilirəm ki, Mehriban xanım Əlıyeva özünün çoxşaxəli fəaliyyətində Azərbaycanın mədəni irsinin qorunmasına, onun beynəlxalq miqyasda tanıdılmasına mühüm diqqət yetirir.

Bu diqqət və qayğını Mehriban xanım Əlıyevanın aşağıdakı sözləri bir daha təsdiq edir: “Bizim əsas sərvətimiz - Azərbaycanın mədəni irsi, xalca sənətinin qədim məktəbləri, unikal miniatürlər, ədəbiyyat və poeziya, musiqi, rəqs, təsviri incəsənət, memarlıq abidələridir”.

Azərbaycan muğamının, aşıq sənətinin, xalça sənətinin YUNESKO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısı”na salınması, onun Qeyri-maddi Mədəni İrs baxımından malik olduğu keyfiyyəti ön plana çəkir və onun müdafiə olunmasına kömək edir.

Bu baxımdan Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi mədəni irsin qorunması ilə bağlı bir sıra beynəlxalq tədbirlər keçirmiş, respublikada muzey əməkdaşlarının iş təcrübəsinin yüksəldilməsinə yönəldilmiş müxtəlif layihələrdə, beynəlxalq proqram və konfranslarda fəal iştirakını təmin etmişdir.

Milli Komitə Dağlıq Qarabağda böyük itkilərə məruz qalmış milli mədəni irsimizin qorunması və qaytarılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmişdir. Məqsədlərdən biri də zəbt olunmuş torpaqlarımızda mədəni sərvətlərin talan edildiyini Beynəlxalq Muzeylər Şurasının forumlarında səsləndirməklə beynəlxalq təşkilatlara, dünya içtimaiyyətinə çatdırmaqdır. Bununla əlaqədar Bakı şəhərində “Oda qalanmış mədəniyyət” adlı sərgi təşkil olunmuşdur. Sərgidə işğal altındakı ərazilərdən çıxarılmış eksponatlar və həmin ərazilərdə qalmaqda davam edən tarixi mədəniyyət abidələrinin dağıdılmasını əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası”nın müddəalarının Azərbaycanda geniş miqyasda təbliğ olunması məqsədilə “Mədəni irsin qorunmasına dair YUNESKO-nun mövcud beynəlxalq, hüquqi, normativ aktları”na həsr olunmuş seminar-konfrans, “Azərbaycan Respublikasında 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi və gələcək perspektivlər” mövzusunda “dəyirmi masa”, “Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni sərvətlər haqqında” Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNIDRUA) Konvensiyasına həsr edilmiş Beynəlxalq konfrans, “İncəsənət əşyasının vəsiqəsi”nin (Object İD) muzey təcrübəsinin tətbiqi üzrə Beynəlxalq seminar-treninq keçirmişdir.

Bu layihənin davamı olaraq iyunun 13-də İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə Bakı şəhərində birgünlük təlim keçirməyi planlaşdırır.

Hazırda Milli Komitə Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu (dw international) ilə “Sıxıntı, toz və köhnəlikdən uzaq, muzeylər mədəniyyətlərarası dialoq üçün fasiləsiz təhsil məkanı kimi” (A-MUSE-ALL) layihəsi çərçivəsində iş aparır.

Bununla bağlı Bonn şəhərində seminar-treninq, Bakıda isə ustad dərsi, “dəyirmi masa”, “Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti” mövzusunda seminar-treninq təşkil edilmiş, “Bakı rəssamların gözü ilə” mövzusunda virtual sərgi hazırlanmışdır. Milli Komitənin üzvləri mayın 23-24-də Gürcüstanın paytaxtı Tbilisidə sözügedən layihənin davamı olaraq keçiriləcək konfransda iştirak edəcəklər.

Milli Komitə tərəfindən “Uşaq muzeyi yaradaq” adlı Beynəlxalq seminarın keçirilməsi də maraqlı layihələrdən biridir. Artıq Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində bu layihə reallaşmışdır.

Respublikamızda ilk dəfə olaraq Milli Komitə tərəfindən “Bakı muzeyləri” bələdçisi, “Bakı muzeyləri” adlı veb-sayt, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin virtual CD-diski, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin İnformasiya bülletenləri, işğal olunmuş ərazilərdə qalmış mədəni sərvətlərə həsr edilmiş leflet, Mədəni irsin qorunmasına dair normativ-hüquqi aktlar YUNESKO-nun dəstəyi ilə dərc olunmuşdur.

Milli Komitəyə üzv olan respublika muzeyləri hər il mütəmadi olaraq beynəlxalq konfranslarda, seminarlarda və s. aktual mövzular üzrə məruzələrlə çıxış edirlər. Buna Şanxayda keçirilmiş “Sosial harmoniya” mövzusunda konfransı misal göstərmək olar.

Artıq 1977-ci ildən başlayaraq qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Günü hər il Azərbaycanın muzey ictimaiyyəti tərəfindən də geniş miqyasda, maraqlı və rəngarəng tədbirlərlə qeyd edilir.

Dəfələrlə uğurla sınaqdan çıxarılmış və ziyarətçilər tərəfindən bəyənilmiş Bakı muzeylərinin vahid deviz altında həyata keçirdikləri tədbirlər planı ənənəyə çevrilmişdir. Builki aksiya “Muzeylər və xatirə” devizi ilə keçirilir.

Cari il həm də Azərbaycan mətbuatı tarixində mühüm yeri olan, Şərqin ilk fundamental satira nəşri “Molla Nəsrəddin” jurnalının 1-ci nömrəsinin çapdan çıxmasının 105-ci ildönümü ilə əlamətdardır. Bunu nəzərə alaraq İCOM Azərbaycan Milli Komitəsi bu il muzeylərdə Beynəlxalq Muzeylər Gününün məhz “Molla Nəsrəddin: güldürür-düşündürür” mövzusunda qeyd olunmasını məqsədəuyğun hesab edir.

Azərbaycan ədəbiyyatının klassiki, yazıçı-dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadə yaratdığı “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərən o dövrün maarifpərvər ziyalıları (yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar və s.) ilə birgə xalqın maariflənməsinə, savadlanmasına xidmət etmişlər. Jurnal fəaliyyətini dayandırdıqdan sonra da (1932-ci ildə) onun irəli sürdüyü ideyalar ədəbiyyat və incəsənətimizin müxtəlif janrlarında yenidən canlandırılmış, dəyərli əsərlərin ərsəyə gətirilməsinə xidmət etmişdir.

Təkrarən nəşr etdirilən “Molla Nəsrəddin” jurnalının bütün nüsxələr toplusu bu gün də insanlar tərəfindən maraqla mütaliə edilir, onların düşüncə tərzinin lazımi qaydada formalaşmasına düzgün istiqamət verir.

Maraqlıdır ki, “Molla Nəsrəddin” jurnalının fəaliyyətində xalqın yaddaşında yaşayan Molla Nəsrəddin obrazının xüsusiyyətləri də (yəni müdrikliyi, hazırcavablığı, lakonik ifadə tərzı və s.) öz əksini tapmışdır. Jurnal Azərbaycan xalqının məişətini, həyat tərzini, milli ənənələrini və tarixini özündə orijinal tərzdə əks etdirən unikal nəşrlərdən hesab edilə bilər. Əksər muzeylərimizin eksponatları arasında “Molla Nəsrəddin” jurnalı, Molla Nəsrəddin obrazı ilə bu və ya digər dərəcədə bağlı olan materiallar mühafizə olunur. Bakı muzeyləri bu materiallar əsasında “Molla Nəsrəddin” jurnalının ideya xəttinə uyğun, ziyarətçiləri düşündürən və onlara xoş təsir bağışlaya bilən maraqlı tədbirlər planı hazırlamışlar.

Respublikamızda vaxtilə “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərən bir çox görkəmli ədəbiyyat və incəsənət xadimlərinin xatirə muzeyləri fəaliyyət göstərir. Bu muzeylərin hər birinin keçən əsrin əvvəlində əsası “Molla Nəsrəddin” jurnalının nəşri ilə (7 aprel, 1906-cı il) qoyulmuş mollanəsrəddinçi ədəbi məktəbinin nümayəndələri haqqında söz söyləmək imkanları vardır. Bu tarixi şəxsiyyətlərin adlarını daşıyan ev, mənzil və xatirə muzeyləri “Molla Nəsrəddin” jurnalının yubileyinə töhfə olaraq 18 may - Beynəlxalq Muzeylər Gününü Cəlil Məmmədquluzadənin ev-muzeyində birlikdə qeyd edəcəklər.

Ev-muzeyinin foyesində “C.Məmmədquluzadə-Molla Nəsrəddin” səyyar sənədli sərgisi nümayiş olunacaq, tədqiqatçı, jurnalist, karikaturaçı rəssamlar jurnal haqqında məruzələr edəcəklər. Muzeyin direktoru Pəri Mahmudovanın “Molla Nəsrəddin gülüşü” mövzusunda məruzəsi dinləniləcəkdir. Audiovizual vasitələrin imkanlarından istifadə etməklə C.Məmmədquluzadənin “Ölülər” əsərinin Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanmış tamaşasından kadrlar göstəriləcəkdir. Tədbirdə Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzi dram dərnəyinin üzvləri “Molla Nəsrəddin” və mollanəsrəddinçilərin əsərləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış edəcəklər.

Muzeydə Molla Nəsrəddin irsi sayıla biləcək çoxsaylı eksponatlar - jurnalın sayları, rəsm əsərləri, xalçalar, mollanəsrəddinçilərə məxsus əşyalar, sənədlər, fotolar mühafizə edilir. Sərgidə bu mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş etdiriləcəkdir. Muzeyin Molla Nəsrəddin irsini geniş ictimaiyyətə tanıda biləcək elmi işçiləri bu mövzuda məruzələrlə çıxış edəcəklər.

“Molla Nəsrəddinlə birlikdə gülək” mövzusuna aid sərgi isə Azərbaycan İstiqlal Muzeyində nümayiş etdiriləcəkdir. Sərgidə “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadənin muzeyin fondunda saxlanılan, jurnalda çap olunan şairlərin və rəssamların şəkilləri nümayiş olunacaqdır. Həmçinin muzeydə uşaqlar üçün bu mövzu ilə bağlı “Molla Nəsrəddin karikaturası” adlı viktorina keçiriləcəkdir.

Qobustan Milli Tarixi-Bədii Qoruğunda “Molla Nəsrəddinlə Torağaya yürüş” adlı maraqlı proqram hazırlanmışdı .

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyində Molla Nəsrəddin obrazı təsvir olunmuş xalçalardan və Azərbaycan Rəssamlar İttifaqının üzvləri olan karikaturaçı rəssamların rəsm əsərlərindən ibarət sərgi, Rəssamlar Ittifaqı tərəfindən təqdim edilmiş “Molla Nəsrəddin” jurnalında dərc olunan illüstrasiyalardan ibarət slayd-şou nümayiş etdiriləcəkdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə “Molla Nəsrəddinlə birgə gülürük” adlı sərgi nümayiş etdiriləcəkdir. Sərgidə muzeyin fondunda saxlanılan arxivlərdən şarjlar, karikaturalar, musiqili komediyalara illüstrasiyalar nümayiş olunacaqdır.

Üzeyir Hacıbəylinin ev-muzeyində mövzuya uyğun “dəyirmi masa” keçiriləcəkdir. Burada Ü.Hacıbəylinin C.Məmmədquluzadə ilə yaradıcılıq əlaqələri, bəstəkarın “Molla Nəsrəddin” jurnalında dərc edilmiş məqalələri müzakirə olunacaq və muzeydə bu mövzuya aid geniş stend hazırlanacaqdır.

Muzey əməkdaşları vaxtilə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş felyetonlardan bir neçəsini səsləndirəcəklər.

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi mövzu ilə bağlı “M.Rostropoviç güldürür, düşündürür” adlı tədbir keçirməyi planlaşdırır. Mstislav Rostropoviç dahi musiqiçi olmaqla yanaşı, həm də böyük yumor hissinə malik insan idi. Onun özü, həyat yoldaşı, dostları ilə bağlı maraqlı və gülməli hadisələrdən ibarət əhvalatlar, orta məktəb şagirdləri və muzeyin işçiləri tərəfindən səsləndiriləcəkdir. İlk dəfə olaraq M.Rostropoviçin gülməli əhvalatları Azərbaycan dilinə tərcümə olunub mətbuatda və internetdə yerləşdiriləcəkdir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, tədbirdə maestronu tanıyan məşhur şəxsiyyətlər, bəstəkarlar, musiqiçilər yaddaşlarında olan maraqlı, yumoristik əhvalatları canlı olaraq dilə gətirəcəklər.

Bir sözlə, Azərbaycan muzeyləri ziyarətçilərini mayın 18-də keçiriləcək maraqlı tədbirlərin iştirakçısı olmağa dəvət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara çatması mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib