Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanın regionları. Yeni inkişaf dövrü” üçcildliyi çapdan çıxmışdır

“Azərbaycanın regionları. Yeni inkişaf dövrü” üçcildliyi çapdan çıxmışdır

Bakı, 3 iyun (AZƏRTAC). “Azərbaycanın regionları. Yeni İnkişaf dövrü” adlı üçcildlik nəşr bu günlərdə işıq üzü görmüşdür. Nəfis şəkildə çap olunmuş, yüksək zövqlü bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin katibliyi tərəfindən buraxılmışdır. Nəşrin hazırlanmasında Prezidentin mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunmuşdur.

Prezidentin katibliyindən AZƏRTAC-a bildirmişlər ki, nəşr Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlətimizin başçısı tərəfindən qəbul edilmiş bir sıra digər sərəncamların icrası sahəsində görülən işləri əks etdirir.

Azərbaycanın regionlarında görülən işlərin, həyata keçirilən proqramların ətraflı, əhatəli və sistemli şəkildə işıqlandırılmasına xidmət edən mükəmməl struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə başlayır:

“Bizim gözəl iqlimimiz, təbiətimiz, torpağımız var, əlverişli coğrafi vəziyyətimiz, zəngin təbii ehtiyatlarımız, gözəl, istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq və mütləq Azərbaycanı müasir, zəngin, qüdrətli dövlətə çevirməliyik və çevirəcəyik.

Azərbaycanın hərtərəfli inkişafı bölgələrin inkişafından asılıdır. Məhz buna görə də biz bölgələrə yeni infrastruktur gətirməyə çalışırıq. Yaradılan müəssisələr, fabriklər, zavodlar bölgələrin inkişafına xidmət edir. Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun, bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin.

Əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır, Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Biz düz yolla gedirik - bu yol inkişaf yoludur”.

Nəşrin 1-ci cildinin əvvəlində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə əlaqədar keçirilmiş konfranslarda Prezident İlham Əliyevin nitqləri verilmişdir.

Birinci cildə daxil edilmiş “Naxçıvan iqtisadi rayonu”, “Abşeron iqtisadi rayonu” və “Aran iqtisadi rayonu” bölmələrində adıçəkilən regionlarda iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilmiş layihələr barədə rəngarəng illüstrativ və məlumat xarakterli materiallar dərc edilmişdir.

İkinci cildə “Dağlıq Şirvan iqtisadi rayonu”, “Gəncə-Qazax iqtisadi rayonu”, “Quba-Xaçmaz iqtisadi rayonu” və “Lənkəran iqtisadi rayonu”, üçüncü cildə isə “Şəki-Zaqatala iqtisadi rayonu”, “Yuxarı Qarabağ iqtisadi rayonu” bölmələri daxil edilmişdir. Üçüncü cildin sonunda verilmiş “Əlavələr” bölməsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər barədə dövlətimizin başçısının sərəncamları daxil edilmişdir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin möhkəm iqtisadi təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanının davamı olaraq 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2004-2008-ci illər üçün Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafına yol açmışdır.

Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən Dövlət Proqramı ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini - neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkənin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.

Dövlət Proqramı ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapmış, regionların siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta və digər iri şəhərlərə axını səngiyərək əks proses başlanmış, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Proqramın uğurlu icrasını və beş ildə bütün sahələrdə əldə olunmuş nailiyyətləri real qiymətləndirən Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifahının daha da yüksəldilməsi yeni proqramın əsas hədəfləri kimi müəyyən edilmişdir.

Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi irəli sürülmüşdür.

Dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.

İki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə - 55.615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enmişdir.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, avadanlıq, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması ölkə iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.

Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.

Son 10 ildə inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlətimizin başçısının müvafiq qərarları ilə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır və hazırda digər iri sənaye mərkəzlərinin təşkili işi həyata keçirilir.

Son 10 il ərzində regionlarda 500-dən çox iri sənaye müəssisəsi, o cümlədən Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlığı, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə digər istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır.

I və II Dövlət proqramlarında infrastruktur layihələrinin icrası prioritet məsələ olmuşdur. 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası, o cümlədən regionlarda 10 elektrik stansiyası - “Şahdağ” , “Sumqayıt”, “Cənub” , “Füzuli” , “Qusar-1”, “İsmayıllı-1”, “Göyçay-1”, “Biləv”, Arpaçay və Taxtakörpü su elektrik stansiyaları tikilib istifadəyə verilmiş, 10 min kilometrdən çox elektrik xətti və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. İndi ölkənin ümumi generasiya gücü artıq 6300 meqavata çatdırılmışdır ki, bunun da 2300 meqavatı son on il ərzində yaradılmışdır. Bu gün ölkənin enerji təhlükəsizliyi artıqlaması ilə təmin edilmiş, təxminən 600-700 meqavat həcmində ixrac potensialı yaradılmışdır. Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqon və tədris mərkəzi istifadəyə verilmişdir.

2004-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılmışdır. Ölkə əhalisi üzrə qaz abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti əsaslı təmir olunmuşdur. Qazlaşdırma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41 qazpaylayıcı stansiya yenidən qurulmuş və ən müasir qurğularla təchiz olunmuşdur. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi bərpa edilmiş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə olaraq təbii qazla təmin edilmişdir.

Sosial infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür. Dövlət proqramlarına uyğun olaraq artıq 22 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

I və II proqramlar çərçivəsində regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya nasos stansiyası tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su ilə təmin edilirdisə, indi bütün gün ərzində tam su təminatı əhalinin 78 faizini əhatə edir.

Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların, şəhərlərarası və kəndlərarası yolların, şəhərdaxili və kənddaxili yolların tikintisi, təmiri və yenidən qurulması işləri geniş vüsət almışdır.

Ümumilikdə 2004-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yolötürücü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşların istifadəsinə verilmişdir. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə - insanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafında özünü göstərir.

Bu gün bölgələrdə vəziyyət tamamilə dəyişmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin olunur.

Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk. Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.

Bu dövrdə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir.

Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet istifadəçisidir.

Proqramlar çərçivəsində regionlarda 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə və məhəllə salınmış, burada 37 min ailə yerləşdirilmiş, 170 minə yaxın köçkün yeni evlərə köçürülmüşdür. Qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə və məhəllələrdə 120 orta məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788 mənzilli, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Turizmin inkişafı ilə bağlı atılan böyük addımlar, xüsusilə bölgələrdə hər cür şəraiti olan otellərin istifadəyə verilməsi, yeni turizm mərkəzlərinin açılması Azərbaycanın zəngin turizm potensialını ölkənin inkişafına, xalqın rifahının yaxşılaşmasına yönəltmək məqsədlərinə xidmət edir. Son beş ildə Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin, Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzinin yaradılması Azərbaycanda turizmin inkişafı üçün mövcud imkanlardan səmərəli və yaradıcı istifadənin bariz ifadəsidir. Bu gün artıq keçmiş şöhrətini bərpa etməkdə olan Naftalanda inşa edilmiş möhtəşəm “Çinar” və “Qaşaltı” otel kompleksləri buranı turizm və sağlamlıq mərkəzi kimi daha cazibədar etmişdir. Bütövlükdə ötən müddətdə 14-ü beşulduzlu otel olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafında yeni mərhələ açmışdır.

2012-ci ilin sonundan ölkə paytaxtında fəaliyyətə başlamış “ASAN xidmət”in artıq Gəncə və Sumqayıt şəhərlərində mərkəzləri vardır. Sırf Azərbaycan məhsulu, ixtirası və brendi olan, gündən-günə regionlarda da öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhaliyə qayğı, onun rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini gerçəkləşdirir.

İstehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən müəssisələrin, komplekslərin yaradılması sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərtərəfli, çoxşaxəli və sistemli sosial-iqtisadi siyasət, genişmiqyaslı quruculuq işləri bu gün Azərbaycanı müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən qüdrətli ölkəyə, çiçəklənən bir diyara çevirməklə, xalqımızın rifahını gündən-günə yaxşılaşdırmaqla yanaşı, müstəqilliyimizin möhkəmlənməsinə, əbədiliyinə və dönməzliyinə birbaşa xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Biz regionların sosial-iqtisadi inkişafının bütün istiqamətlərində istədiyimizə nail ola bilmişik. Bu gün regionların siması dəyişir, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşir, gözəlləşir, abadlaşır. Bölgələrdə iri infrastruktur layihələri icra edilir, sosial obyektlərin tikintisi həyata keçirilir.

Bizim ildən-ilə artan iqtisadi imkanlarımız bizə şərait yaradır ki, quraq, yaradaq, tikək, ölkəmizi abadlaşdıraq, güclü infrastruktur yaradaq. Bununla da Azərbaycanın gücü artır.

Azərbaycan yüksək sürətlə inkişaf edir. Biz bunu həyatda görürük, bölgələrin inkişafında, bölgələrdə yaradılan müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, təhsil infrastrukturunda görürük. Biz bütün bu işlərlə Azərbaycanın hərtərəfli inkişafına nail ola bilmişik”.

Regionlarımızda aparılan irimiqyaslı tikinti, abadlıq və quruculuq işləri, insanlarımızın yüksək səviyyəli həyat tərzinin təmin edilməsi məqsədilə inşa olunan ən müasir sosial obyektlər, gerçəkləşdirilən nəhəng infrastruktur layihələri, yaradılan güclü iqtisadi potensial, kənd, qəsəbə və şəhərlərimizin başdan-başa dəyişən siması 3 cildliyin müvafiq bölmələrində özünün dolğun, müfəssəl illüstrativ və informativ əksini tapmışdır. Nəşr son on ildə Azərbaycanın sürətli, dinamik, hərtərəfli və irimiqyaslı sosial-iqtisadi inkişafı barədə indiki və gələcək nəsillərdə aydın təsəvvür yaratmaq üçün istifadə oluna bilən sanballı əyani vəsaitdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq