Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN ŞƏHƏR, QƏSƏBƏ VƏ KƏND BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYALARININ YARADILMASI ÜZRƏ TƏŞKİLATİ İŞLƏRƏ BAŞLANMIŞDIR

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən 72 bələdiyyə sədrinin iştirakı ilə Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclas keçirilmişdir.

İclasın gündəliyinə Azərbaycanda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məqsədi ilə işçi qruplarının təşkil olunması məsələsi salınmışdı.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin dəstəyi ilə formalaşdırılmış 25 nəfərdən ibarət işçi qrupunun rəhbəri, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Tair Quliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, son 2 həftə ərzində respublikamızın bütün şəhər və rayonlarında bələdiyyə sədrlərinin şura iclasları keçirilmiş və təqdim olunmuş protokollarda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması təklifi müdafiə olunmuşdur.

İclasda çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış, ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin təşkili, statusu, müstəqilliyinin təminatı ilə bağlı xüsusi müddəaların təsbit edildiyini, sonrakı mərhələlərdə müvafiq qanunvericilik bazasının yaradıldığını vurğuladılar. Bildirdilər ki, əsası müstəqil dövlətimizin qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsi olaraq, hazırda ölkəmiz sivil dünya birliyində öz layiqli yerini tutmuşdur, adambaşına düşən ümumi daxili məhsul istehsalının, xarici sərmayə qoyuluşunun həcminə görə, respublikamız ön yerdə gedir, əhalinin həyat səviyyəsi ilbəil yüksəlir, Azərbaycan dinamik inkişaf edir. Ölkədə ictimai-siyasi sabitliyə, demokratiyanın inkişafına, iqtisadiyyatın bütün sahələrində tərəqqisinə nail olunmuş, sosial problemlərin həllində mühüm irəliləyişlər əldə edilmişdir. Bütün bu uğurlarda 1999-cu ildən formalaşmağa başlamış bələdiyyə institutu da özünəməxsus yer tutmaqdadır. Bələdiyyələr nüfuzlu beynəlxalq və regional təşkilatların qabaqcıl təcrübəsini öyrənir, ondan səmərəli istifadə edərək inamla irəliyə addımlayır. Bələdiyyələr Avropa Şurasının tövsiyə etdiyi konsepsiyaya əsasən həqiqi demokratik idarəetmə sisteminin yaradılması imkanını əldə edərək, hazırda yeni inkişaf mərhələsinə qədəm qoymuşlar.

Açıq fikir mübadiləsi şəraitində keçən müzakirələrdə bələdiyyələrin qarşılıqlı əlaqəsini təmin edən, dövlət orqanları ilə münasibətlərini möhkəmləndirən qurumların yaradılmasına ciddi ehtiyac olduğu bildirildi, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının təşkili məqsədəuyğun hesab edildi, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə 3 işçi qrupunun formalaşdırılması qərara alındı.

Toplantı iştirakçılarının təklifi ilə şəhər bələdiyyələrinin milli assosiasiyasının yaradılması məqsədilə 25 nəfərdən ibarət işçi qrupu müəyyən edildi. Kəpəz bələdiyyəsinin sədri Tair Quliyev işçi qrupunun rəhbəri, Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev, Şəki bələdiyyəsinin sədri Gülnaz Salamova, Naftalan bələdiyyəsinin sədri Zöhrab Adıgözəlov onun müavinləri seçildilər.

Qəsəbə bələdiyyələrinin milli assosiasiyasının yaradılması məqsədilə 23 nəfərdən ibarət işçi qrupu müəyyən olundu. Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov işçi qrupunun rəhbəri, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov müavin seçildilər.

Həmçinin, kənd bələdiyyələrinin milli assosiasiyasının yaradılması məqsədilə 27 nəfərdən ibarət işçi qrupu müəyyən edildi, Ağdaş rayonu Orta Ləki bələdiyyəsinin sədri Faiq Mahmudov işçi qrupunun rəhbəri, İmişli rayonu Mürsəlli bələdiyyəsinin sədri Elçin Quliyev, Dəvəçi rayonu Əmirxanlı bələdiyyəsinin sədri Rəsul Məmmədov, Samux rayonu Sərkər bələdiyyəsinin sədri Şəmistan Yusifov müavin seçildilər.

İşçi qruplarının rəhbərləri çıxış edərək toplantı iştirakçılarını əmin etdilər ki, onlar bələdiyyələrin milli assosiasiyalarınin yaradılması üçün bütün qüvvə və bacarıqlarını sərf edəcək, Avropanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənməklə, müasir tələblərə cavab verən işlək qurumların formalaşdırılmasına nail olacaqlar.

Qərara alındı ki, işçi qrupları bu il sentyabrın 15-dək Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının nizamnamə layihələrini hazırlasın və təsis toplantılarına nümayəndəlik kvotası müəyyən etsinlər.

İclasın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər. Müraciətdə ölkəmizdə getdikcə daha geniş vüsət almaqda olan quruculuq-abadlıq, sosial-iqtisadi yüksəliş işlərində bələdiyyələrin rolunun artdığı, sıralarında 22 minə yaxın üzvü birləşdirən yerli özünüidarəetmə orqanlarının dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti daim dəstəklədikləri və müdafiə etdikləri vurğulanır. İclasın iştirakçıları ümid edirlər ki, bütün mütərəqqi fikirlərin müdafiəçisi kimi, dövlətimizin başçısı ölkəmizdə bələdiyyələrin yeni inkişaf strategiyasına istiqamət verərək, milli assosiasiyaların yaradılmasına dəstək olacaqdır. Azərbaycanın inkişafı naminə apardığı uğurlu siyasi xəttin həyata keçirilməsində, ölkəmizin daha da möhkəmlənməsi və qüdrətlənməsi naminə özünüidarəetmə orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsində bələdiyyələr səylərini əsirgəməyəcək və göstərilən etimadı var qüvvə ilə doğruldacaqlar.

İclasın iştirakçıları, eyni zamanda, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə də müraciət ünvanladılar. Müraciətdə Konqresin tövsiyələrini nəzərə alaraq, Azərbaycanda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılmasının məqsədəuyğun hesab edildiyi, həmin assosiasiyaların təsis toplantılarının hazırlanması məqsədi ilə müvafiq işlərin görüldüyü bildirilmişdir.

İclasda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov iştirak etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub