Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub.
Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün seçmə komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə imza atıb.
Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsinə qatılan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutmuşdu. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.
Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]