AZƏRBAYCANIN TURİZM POTENSİALI DUBAYDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ SƏRGİDƏ NÜMAYİŞ OLUNACAQDIR
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanın turizm potensialı beynəlxalq sərgidə nümayiş olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, mayın 4-dən 7-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ATN Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
Nazirlik tərəfindən ölkəmizin turizm potensialının bu sərgidə nümayiş etdirilməsi üçün 40 kvadratmetrlik lövhə icarəyə götürülmüşdür. ATN sərgisində Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin nümayəndələri və “Cəngi” rəqs ansamblının 6 üzvü iştirak edəcəklər.
Qeyd edək ki, ATN-Dubay turizm sərgisi ənənəvi olaraq hər il keçirilir. Azərbaycan bu sərgidə artıq 6-ci dəfə təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]