Azərbaycanın U-21 yığması “Antalya Cup” turnirinin qalibi olub VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirinin qalibi adını qazanıb.
AZƏRTAC xəbər verir ki, yığmamız yanvarın 28-də turnirdə son oyununu keçirib. Bəhreynin U-20 komandası ilə qarşılaşan futbolçularımız 4:0 hesabı ilə qalib gəliblər. Qolları Taşkın İlter, Elnur Cəfərov, Ruslan Nəsirli və Abbas Hüseynov vurublar.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Ukraynanın U-21 komandasını 2:1, ikinci qarşılaşmada Səudiyyə Ərəbistanının U-20 millisini 3:0, üçüncü görüşdə isə Albaniyanın U-21 yığmasını 4:0 hesabı ilə məğlub etmişdi.