Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüşdə gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Aset Turısov Azərbaycanla bu ölkə arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]