İDMAN
Azərbaycanlı ağır atlet İranda keçirilən Beynəlxalq turnirdə daha bir medal qazanıb
Bakı, 11 mart, AZƏRTAC
İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə ikinci beynəlxalq Fəcr Kubokunda Azərbaycanın ağır atletika yığmasının üzvlərindən Sənan Mirzəyev (85 kq) uğurla çıxış edərək üçüncü yeri tutub.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, atletimiz birdən qaldırmada 141 kiloqram, təkanla qaldırmada isə 167 kiloqram nəticə göstərərək yekun sıralamada turnirin bürünc medalına sahib olub.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz üç bürünc medal qazanıblar. Bununla yanaşı, onlar ayrı-ayrı hərəkətlərdə daha 5 (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:49]
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
- 08.05.2024 [17:48]
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
- 08.05.2024 [17:46]
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
- 08.05.2024 [17:31]
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 08.05.2024 [16:00]
Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır
- 08.05.2024 [15:44]
Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]