Azərbaycanlı alimin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı, 15 may, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin məqaləsi impakt faktoru 11.880 olan “Nature communications” jurnalında dərc edilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
“Fotosistem 1-də xlorofill f-in (Clf) adaptasiyası və fəaliyyətinin struktur əsasları” başlıqlı məqalədə krioelektron mikroskopiya metodu ilə yüksək ayırıcılıqla fotosistem 1-in quruluş analizinin nəticələri əksini tapıb. Məqalədə bildirilir ki, Clf uzaq qırmızı işığın toplanmasında iştirak edərək enerjinin ötürülməsini gücləndirir və genlərdə nukleotid ardıcıllığında baş verən dəyişikliklər Clf-in birləşməsi üçün əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]