Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədr müavini seçilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə iclasında Avropada uşaq yoxsulluğunun aradan qaldırılması, əlil şəxslərin institusionallaşdırılması, beynəlxalq öhdəliklər və digər mövzular müzakirə olunub.
Tədbirdə, həmçinin təşkilati məsələlərə baxılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin sədr müavini seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]