Azərbaycanlı rəssamın Vyanada sərgisi açılmışdır
Vyana, 10 may (AZƏRTAC). Vyanada yerləşən “base-level“ qalereyasında gənc rəssam Adil Yusifovun əsərlərindən ibarət sərgi açılmışdır.
Sərgi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin maliyyə dəstəyi və Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) ilə birgə təşkil olunmuşdur.
May ayı ərzində davam edəcək sərginin açılışında Avstriyadakı diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, yerli və xarici qonaqlar, o cümlədən müasir incəsənət əsərlərinə maraq göstərən insanlar iştirak etmişlər.
ARDNŞ-in Avstriya nümayəndəliyinin direktoru Gülmirzə Cavadov açılış mərasimində çıxış edərək, sərginin dünyadan vaxtsız köçən Azərbaycanın Avstriyadakı səfiri mərhum Fuad İsmayılovun xatirəsinə həsr edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, gənc rəssamlarımızın rəngkarlıq əsərlərinin nümayiş etdirildiyi bu kimi sərgilər Azərbaycanın müasir incəsənətinin Avstriyada daha da yaxından tanıdılmasına öz töhfəsini verəcəkdir.
Qalareyanın sahibi, ATAZ-ın nümayəndəsi Niklas Şmidmayer çıxışında Avstriya-Azərbaycan əlaqələrinin dərinləşməsində mədəniyyət tədbirlərinin rolundan bəhs etmiş, göstərilən dəstəyə görə Azərbaycanın Avstriyadakı səfirliyinə və ARDNŞ-in nümayəndəliyinə təşəkkür etmişdir.
Rəsmi hissədən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]