Azərbaycanlı tələbə: Milan Astronavtika Konqresində mühəndislərlə müzakirələr aparmaq imkanım oldu
Milan, 16 oktyabr, AZƏRTAC
75-ci Beynəlxalq Astronavtika Konqresində bu sahənin alimləri və mühəndisləri ilə müzakirələr aparmaq imkanım oldu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milanda keçirilən konqresdə ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Tuncay İsgəndərli deyib.
Bakının ötən il ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresində də iştirak etdiyini bildirən “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi əlavə edib: “İnsan orqanizminə kənar sistemlərin mənfi təsirləri barədə NASA-nın məlumatları əsasında hazırladığım elmi məqaləm Milan Konqresinə qəbul olundu və burada böyük auditoriya qarşısında çıxış etdim. Bundan öncə də bir çox olimpiadalarda iştirak edərək uğurlar qazanmışam”.
Qeyd edək ki, İtaliyada keçirilən Beynəlxalq Astronavtika Konqresində ölkəmizi 50-dən çox tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]