Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlıların təqsiri nədir və ya Rüstəm İbrahimbəyovun ikrahdoğuran filmi haqqında

Azərbaycanlıların təqsiri nədir və ya Rüstəm İbrahimbəyovun ikrahdoğuran filmi haqqında

Bakı, 23 may, AZƏRTAC 

“Bakinski raboçi” qəzetinin 23 may tarixli nömrəsində tanınmış kinorejissor Ayaz Salayevin “Rüstəm İbrahimbəyov və onun ermənilərin müsibətlərinə görə azərbaycanlıların təqsirkar olması haqqında filmi” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan haqqında yazanlar çox vaxt bizim səriştəsizliyimizə və ya qətiyyətsizliyimizə ümid edirlər. Belələri düşünürlər: ya heç nə başa düşməyəcəklər, ya da cavab verməyəcəklər...

“Qafqaz üçlüyü” filminin (2015, rejissorlar - Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyov) yaradılmasından iki il sonra mən bu filmi təsadüfən gördüm, başa düşdüm və cavab verirəm.

Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri - ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir. O böyüyəcək, yüksək ixtisaslı, nəcib və gözütox həkim-oftalmoloq olacaq. O, öz həkimlik məharətini Moskvada nümayiş etdirir, onun oğlu, istedadlı aktyor isə Bakıda, ögey atanın ailəsində Azərbaycan soyadı altında yaşamaqda davam edir. O da Moskvaya köçüb getməyə hazırlaşır, bir tamaşada iştirak edir, bu tamaşa onun aktyor taleyini həll etməlidir. Nəcib həkimin miras alması üçün hansı səbəbdənsə çox vacibdir ki, onun bioloji oğlu təcili surətdə özünün əsl erməni soyadını qaytarsın.

Ən dəhşətli hadisələr bundan sonra başlanır.

Azərbaycanlı qəddar kənd uşaqları haradansa bu zavallı aktyorun etnik mənşəyi barədə öyrənərək onu itələyib quyuya salır və daşa basırlar - ekranda erməni ziyalıların qaniçən vəhşi türklərin əlindən çəkdiyi əbədi əziyyətlərin obrazı canlanır.

Oğlunun itməsindən xəbər tutan ata qəhrəmancasına sərhədi keçir və uşaqlıqda dostluq etdiyi aciz oğlanın yanına qonaq gəlir. Düzdür, artıq həmin oğlan böyük kişidir, Azərbaycanda neft ehtiyatlarının tükənməsi barədə uzaqgörənlik etdiyinə görə vəzifədən qovulub. Qəzəblənmiş azərbaycanlılar dərhal həmin nəcib erməninin gizləndiyi evin ətrafında toplaşır. Burada televiziya müxbiri də var - aydındır ki, o, erməni talanlarına həvəskar olan bakılıların quracağı linç məhkəməsini çəkmək üçün gəlib...

...Hər halda yaşlı bədbəxt həkimi döyə bilirlər. Sonda bunu sərhəd xidmətinin məmuru aeroportda edir. O, həkimi döyməkdən ləzzət alır, aşkar görünür ki, bu, onun çoxdankı arzusu imiş.

Bircə bunu əlavə etmək qalır ki, haqqında danışdığımız filmə erməni kinematoqrafçılarının heç bir aidiyyəti yoxdur. Bu “dostluq” filminin rejissoru gürcü kinosunun az qala klassiki sayılan və vaxtilə Bakıda 26 Komissar haqqında filmlə yadda qalmış klassik Nikolay Şengelayanın oğlu Eldar Şengelayadır.

Bu rejissor Abxaziya mövzusunda heç vaxt buna oxşar film çəkməzdi. Amma onun özünə haqq qazandırması üçün bəhanəsi var - filmin ssenari müəllifi azərbaycanlı, məşhur yazıçı, dramaturq və ssenarist Rüstəm İbrahimbəyovdur.

Yeri gəlmişkən, filmdə döyülmüş aktyor məhz İbrahimbəyovun pyesi əsasında hazırlanan tamaşada oynamalıdır. Üstəlik, ssenari müəllifi Rüstəm İbrahimbəyov özü qəhrəmanlarından birinin dili ilə filmdə öz pyesini tərifləyir (yadımdadır, bir dəfə o, Bakıda keçirilən kinofestivalda özü-özünə mükafat təqdim etmişdi).

Yazıçı İbrahimbəyovun mənsub olduğu xalq iyirmi beş ildir ki, işğal altındakı əzəli torpaqlarının qaytarılması arzusu ilə yaşayır. O, öldürülmüş, qanlı əllərini və ayaqlarını uzatmış azərbaycanlı uşaqların fotoşəkillərini görməyə bilməzdi. Bu gün yazıçı Rüstəm İbrahimbəyovu sənətkar kimi narahat edən bir problem var - erməninin Bakıda rahat və təhlükəsiz yaşaması.

Özü də filmdən göründüyü kimi, bu insan azərbaycanlıları o qədər də sevmir.

O, çılğın vəziyyətdə imzaladığı “antierməni məqaləni” lənətləyir. O, Bakıda özünü çox həyasızcasına aparır, çünki onun fikrincə, azərbaycanlılar aqressiv olsalar da qorxaqdırlar. Onlar hətta əllərinə düşmüş gürcünün də üstünə dəstə ilə hücum çəkir, digərləri döyülən qocanın yanından saymazyana ötüb keçirlər (yeri gəlmişkən, filmin finalında məlum olur ki, həmin gürcü döyülməkdən ölüb).

Filmdə hətta bir-birinə yaxın insanların münasibətləri də ən adi mənəviyyatdan və insaniyyətdən uzaqdır. Gənc aktyor bircə anda onu böyüdüb boya-başa çatdırmış, tərbiyə etmiş insanı satmağına görə demək olar ki, vicdan əzabı çəkmir, onun atalığı isə əsla təəssüflənmir ki, özünün oğlu hesab etdiyi oğlan birdən-birə təzə atasının tərəfinə keçib. Üstəlik, hətta buna sevinir də: “Axır ki, mənim oğlum müdafiə olunacaq”.

Həqiqətən, filmin müəlliflərinin bizə Azərbaycan kimi qələmə verdikləri - nazirdən başlamış aeroportdakı həyasız qeydiyyatçıya qədər hamının əclaf olduğu, ac qalmağa razı olduğu, amma təki qoca gürcünü dəstə ilə döyüb öldürmək imkanı verilməsini istəyən insanların dünyasında heç kəs müdafiə oluna bilməz.

...Bu filmdə yalnız bir insan haqqında yaxşı fikir söylənilir. Moskvada qoca erməni bizim qəhrəmandan soruşur: “Tamaşa necə adlanır?”- “İbrahimbəyovun “İlgək” pyesi”. “İbrahimbəyov? Məgər bu azərbaycanlıdır?”. Qəhrəmanımız baş barmağını yuxarı qaldıraraq deyir: “Bax, belə adamdır” (yəni, qəribə də olsa yaxşı adamdır, başqaları kimi deyil).

Bu filmdə Moskva müqəddəs məkandır, orada bütün problemlər həll olunur, hamı xoşbəxtlik tapır. Finalda bu fikir bəsit müqayisə yolu ilə ifadə olunub: Bakıda sözlərinə əməl etməyən yaramazlar bədbəxt azərbaycanlının ofisini darmadağın ediblər (vəhşilər hətta sevimli oyuncağa da rəhm etməyiblər), Moskvada isə həmin dövrdə ağıllı tərpənib gedənləri böyük uğur gözləyir: tamaşaçılar pyesi gurultulu alqışlarla qiymətləndirirlər. Mənası aşkardır - istər Bakıda bağlanmış ofis, istərsə də Moskvadakı alqışlar - bütün bunlar Sovet imperiyasının dağılmasına görə təəssüfləndiyini heç vaxt gizlətməyən müəllifin özünün həyatında baş verənlərdir.

Bəs gürcü rejissoru buna sövq edən nə olub?

Azərbaycanlıları yaramazlar və cəlladlar kimi göstərmək arzusu onun təhtəlşüurunun hansı guşəsində yaranıb (Gürcüstanın indiki Prezidenti də Xocalı qurbanlarının xatirəsinə ehtiramını bildirməkdən imtina edib). Aşkardır ki, rejissor bu başdansovdu, açıq-aydın xaltura tipli işində öz qarşısına heç bir yaradıcı vəzifə qoymayıb, Puşkinin duel tapançası tipli operetta yaradıb. Film Azərbaycan dilini yaxşı bilməyən insanlar tərəfindən səsləndirilib (məsələn, rəsmi məmur “növbətçi” əvəzinə “dejurnA” deyir). Eybəcər sifətli bakılı millətçilərin rollarını gürcülər ifa edir, çünki bu filmdə ssenari müəllifinin ən yaxın qohumlarından başqa heç bir azərbaycanlı iştirak etmək istəməyib.

Filmdə personajlardan biri deyir: “Ermənilər bizim bir nömrəli düşmənlərimizdir”. Bax, burada müəllif Qarabağ münaqişəsinin başlıca səbəbini nə də görməsini aydın ifadə edir. Buna səbəb Azərbaycan torpaqlarının işğal edilməsi deyil, yeri gəlmişkən, filmdə bu barədə bircə kəlmə də deyilmir. İbrahimbəyovun fikrincə, buna səbəb azərbaycanlıların ermənilərə izahedilməz nifrətidir. Hazırda geniş yayılmış bu nöqteyi-nəzər Rusiya KİV-ləri tərəfindən səylə ictimai şüura yeridilir. Bu fikri azərbaycanlıdan eşitmək xüsusilə “qiymətlidir”. Aydın məsələdir ki, bunu təşəkkür almaq, filmdə göstərildiyi kimi, pyes müəllifinin alqışlanması üçün edirlər. Bu film Böyük Ağ Çarın qarşısında qulluq göstərmək cəhdi (özü də heç də birinci olmayan cəhd), yalnız özünü vəhşi həmvətənləri fonunda humanist və bu humanizminə görə qəhrəman kimi göstərmək istəyidir. Bunlar həmin “vəhşilər”dir ki, müəllif yaxın keçmişdə prezidentliyə namizədliyini irəli sürərək onlara rəhbərlik etməyə hazırlaşırdı.

Belə sənətkarlar Sovet imperiyasının tipik məhsuludur. Onlar ümid bəslədikləri təşəkkürü alır və rəğbəti qazanırlar. Lakin bunlar həmişə ikrah doğurur. Bəs hələ də Bakıda mövcud olan və bu müəllifin hələ də nominal rəhbərlik etdiyi təşkilatın üzvləri hansı hissləri keçirirlər?

Ayaz Salayev

kinorejissor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib