AZERCELL “LOTO MESAJ” KAMPANİYASINA BAŞLAMIŞDIR
Müəssisənin mətbuat xidmətindən bildirmişlər ki, kampaniyada iştirak etmək üçün abonentlər MesajCELL və MultiMeSajCELL xidmətindən istifadə etməklə SMS və ya MMS mesajlarını istənilən ünvana göndərməlidirlər. Hər bir abonent həftə ərzində göndərdiyi mesajların sayı qədər bərabər tirajda iştirak edəcək.
Tirajlarda birinci yeri tutan 2 abonentin hər biri 10 milyon manat, ikinci yeri qazanan 20 abonentin hər biri 2 milyon manat və ücüncü yerin sahibi olacaq 200 abonentin isə hər biri 200 min manatın sahibi olacaqdır.
Kampaniya müddətində Azercell 12 tiraj təşkil edəcək və həmin tirajlar hər həftənin şənbə günü “Lider” telekanalında yayımlanacaqdır.
Yeni kampaniya dekabrın 30-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [12:01]