“AZƏRDƏMİRYOLBANK” 16 MİLYON DOLLARLIQ SİNDİKATLAŞDIRILMIŞ KREDİT CƏLB EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “AzərDəmiryolBank” ABŞ-ın Rosemount Global Ticarət Maliyyə Fondu və Portuqaliyanın Banif-Banco Internacional do Funchal S.A. şirkətinin təşkilatçılığı ilə 16 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit xəttinin ayrılması barədə müqavilə imzalayacaqdır.
Bununla da “AzərDəmiryolBank”ın xarici maliyyə təsisatlarından cəlb etdiyi vəsaitlərin məbləği 90 milyon dollara çatacaqdır.