İQTİSADİYYAT
“Azəriqaz”da Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş olub
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 22-si “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Milli Mətbuat Günü münasibətilə bir sıra KİV-nin nümayəndələri ilə görüşüb.
İB-dən AZƏRTAC-a bildirilib ki, mətbuatımızın yaranmasının 147 illiyi münasibətilə KİV nümayəndələrini təbrik edən Ruslan Əliyev onlara çalışdıqları bu şərəfli peşədə uğurlar arzulayıb.
Ruslan Əliyev ölkəmizdə mətbuat azadlığının təmin olunması və azad fikrin qorunması istiqamətində ölkə başçısının apardığı siyasətdən danışaraq, dünya praktikasında məhz ilk dəfə Prezident İlham Əliyevin göstərişi əsasında jurnalistlərin mənzil ilə təmin olunduqlarını bildirib.
“Azəriqaz”ın da jurnalistlərlə sıx əməkdaşlıq etdiyini vurğulayan Birlik rəhbəri bundan sonra da əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]